Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
150
Az.SSR Ədliyyə Xalq Komissarlığı Kollegiyasının 1 iyun 1920-ci il ta-
rixli Qətnaməsinə əsasən icraatda olan bütün işlərə şamil edildiyini,
yuxarıda göstərilmiş 9 fevral 1920-ci il tarixli yuxarıda deyilən amnisti-
ya qanununa və Az.SSR Ədliyyə Xalq Komissarlığı Kollegiyasının 1 iyun
1920-ci il tarixli Qətnaməsinə əsasən üç cilddən ibarət olan hazırkı işə
xitam verilməli olduğunu nəzərə alaraq, İstintaq Komissiyası Qərara
alır: Üç cilddən ibarət 413–1920-ci il №-li hazırkı iş 9 fevral 1920-
ci il tarixli Amnistiya qanunu əsasında xitam verilmək üçün mühüm
məsələlər üzrə Quba Qəza Xalq məhkəməsinə göndərilsin.
Sədr: (İmza)
Komissiyanın üzvü: imza
AR DA, f. 1061, s. 1, iş 95, v. 13-14
Sənəd № 43
Qərar
.
1920-ci il 25 dekabr tarixində Quba qəzasının 3-cü İstintaq
Komissiyası, hazırkı işə baxaraq və nəzərə alaraq ki, həmin işinmahiyyəti
ermənilər tərəfindən 1918-ci ildə Müşkür nahiyəsi kəndlərinin talan
edilməsi ilə bağlıdır və milli zəmində törədildiyindən bu növ cinayətlər
üzrə işlərə Azərbaycan hökumətinin 9 fevral 1920-ci il tarixli amnistiya
qanununa əsasən xitam verilməlidir, Qərara alır ki, həmin iş xətm olun-
maq üçün mühüm işlər üzrə Xalq Məhkəməsinə göndərilsin.
İstintaq komitəsinin sədri: İmza
İstintaq komitəsinin üzvü: İmza
AR DA, f. 1061, s. 1, iş 97, v. 188




