Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
154
Sənəd № 46
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı İsmayıl Orucov, 55 yaşlı, Quba şəhərinin sakini, savadlı.
Mən qubalıyam. Quba şəhərinin talan edilməsi haqqında
aşağıdakı məlumatları verə bilərəm. Bu ilin yazında, dəqiq vaxtını
göstərə bilmərəm, Qubaya Xaçmazda olan bolşeviklərin adından
nümayəndə kimi gürcü Gelovani gəldi, bizdən bolşeviklərin
hakimiyyətini tanımağımızı tələb etdi və bizə cavab üçün 2 saat vaxt
verdi. Biz heç olmasa bir gün vaxt verilməsini xahiş etdik ki, kəndlilərlə
birlikdə yığışaq və bu tələbi müzakirə edə bilək. Lakin bizim xahişimiz
rədd edildi. Onda qubalılar və yaxın kəndlər sovet hakimiyyətini
tanıdılar, çünki nümayəndə Gelovani şəhərin və kəndlərin dağıdılması
ilə hədələyirdi. Daha uzaq kəndlər sovet hakimiyyətinə tabe olmadılar.
İki gün sonra şəhərə tərkibində 2 ləzgi, bir neçə rus və gürcü, və
əksəriyyəti ermənilərdən ibarət olan bolşeviklərin 200-300 nəfərlik
dəstəsi gəldi və şəhəri ələ keçirdi. Ermənilər müsəlmanlara sataşır,
təhqir edir, amma öldürmür və qarət etmirdilər. 10 gün sonra şəhərə
ləzgilərin dəstəsi yaxınlaşdı və zorakılıq edənləri qovmaq üçün yəhudi
qəsəbəsi tərəfdən şəhəri atəşə tutmağa başladı. Bolşeviklər cavab
atəşi açdılar. Atışma üç gün davam etdi. Nəhayət bolşeviklər şəhəri
tərk etdilər və onların köməyinə gəlmiş böyük dəstənin yardımı ilə
Xaçmaz stansiyasına geri çəkildilər. Ləzgilər də çıxıb getdilər.
İki həftə sonra biz məlumat aldıq ki, Xaçmaz stansiyası tərəfdən
Quba üzərinə 3 min nəfərlik qoşun dəstəsi gəlir. Əhalinin demək
olar ki, onda bir hissəsi dağlara və kəndlərə qaçdı, qalanları isə
şəhərdə qaldı. Mən də qaçdım. Burada, şəhərdə nə baş verdiyini
başqalarından eşitmişəm. Deyirlər ki, yalnız ermənilərdən ibarət olan
dəstə şəhəri mühasirəyə alaraq, atəşə tutmuş və hücum etmişdi. On-
lara müqavimət göstərilməmişdi, yalnız gənc bir oğlan müqavimət
göstərmiş və öldürülmüşdü. Ermənilər şəhərə daxil oldular və fərq
qoymadan kişiləri, qadınları və uşaqları qətlə yetirməyə başladılar.
Öldürülənləri dəfn edən mollaların məlumatlarına görə, onlar 2800




