Background Image
Previous Page  159 / 324 Next Page
Information
Show Menu
Previous Page 159 / 324 Next Page
Page Background

155

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

meyiti torpağa tapşırmışlar. Bundan əlavə, ermənilər sakinləri qarət

edir, onların qiymətli daşınan əmlaklarını əllərindən alırdılar. Son-

ra evlərə od vurmağa başladılar və şəhərin 120-yə yaxın ən yaxşı

evlərini və bağlarda 40-a yaxın mülkü yandırdılar. Quba şəhərində

müsəlmanlara qarşı ermənilərin zorakılıqları 10 gün davam etdi, son-

ra onları gürcülər əvəz etdilər və ermənilər təcili olaraq çağırıldıqları

üçün Bakıya çıxıb getdilər. Gürcülər bizimlə dinc davranır, bizə to-

xunmur və incitmirdilər. Ruslar da bizi incitmirdi. Gürcülər türklər

gələnədək Qubada qaldılar. Gürcülərin burada olduğu dövrdə, qəza

komissarı Çurayev deyilən şəxs idi, mənim də üzvü olduğum Sovet

yaradılmışdı. Ermənilər Qubadan geri çəkildikdən sonra Bakıya doğru

hərəkət edərkən yolüstü bütün müsəlman kəndlərini yandıraraq

qarət etmişdilər. Qeyd etməliyəm ki, bolşevik hakimiyyəti gələndə biz

nümayəndə Gelovanidən xahiş etmişdik ki, şəhərə girəcək dəstədə

ermənilər olmasın. Gelovani buna söz verdi, lakin buna baxmayaraq

ermənilər gəldi. Ayrı-ayrı zorakılıq hallarından aşağıdakıları bilirəm:

Qriqori adlı bir erməni özünün Qubadakı evini müsəlmana – Mol-

la Şahbalaya satmışdı, Qriqorinin oğlu evin satılmasının əleyhinə

idi. Ermənilər şəhəri ələ keçirəndə Qriqorinin oğlu Molla Şahbalanı

öldürdü. Hətta mən ermənilər getdikdən sonra şəhərə qayıtdıqda,

qəbiristanlıqda qubalı Məhəmməd Rəsul Mahmud oğlunun qarnı

yırtılmış halda meyitini, onun xəncərlə öldürülmüş arvadının və başları

kəsilmiş üç uşağının meyitlərini gördüm.

Ermənilərin əksəriyyəti gəlmə idi, hətta İran təbəələri də vardı,

lakin aralarında yerli qubalılar: qətllərdə, qarətlərdə və yanğınların

törədilməsində iştirak edən dəyirman sahibi Arutyun, qab-qa-

caq dükanının sahibi Mirzə Əmircanov, bərbər Cavad da var idi.

Başqa ermənilərin adını çəkə bilmərəm. Ermənilər onların erməni

qardaşlarının Türkiyədə və Qafqazda kürdlər tərəfindən öldürülməsinə

görə bütün müsəlmanları məhv edəcəkləri ilə hədələyirdilər. Dəstənin

başçısı Amazasp bəzi müsəlmanlara deyirdi ki, onlar dağlara qədər

bütün müsəlmanları məhv etmək əmrini almışlar, lakin müsəlmanların

bir hissəsinə rəhm etmişlər. Əlavə heç nə göstərə bilmərəm.

Tanış oldum. Hacı İsmayıl Orucov (imza ərəb hərfləri ilə)

Tərcümə etdi: E.B.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 14-16