Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
156
Sənəd № 47
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Hidayət Musa oğlu, 60 yaşlı, Quba sakini, savadlı.
Buil yazınəvvəlində,dəqiqvaxtıdeyəbilmərəm, Xaçmazstansiyasına
bolşeviklərin dəstəsi gəldi. Biz onların yanına öz nümayəndələrimizi
göndərdik ki, gəlişlərinin məqsədini öyrənək. Bolşeviklər onlara Şollar su
kəmərini
29
mühafizə etməyə gəldiklərini bildirmişdilər.
Amma iki gündən sonra gürcü Gelovaninin başçılıq etdiyi
dəstədən bir neçə nəfər gəldi. Gelovani bizə bolşeviklərin hakimiyyətini
tanımaq üçün ultimatum və cavab üçün 2 saat vaxt verdi. Biz 24 saat
istəyirdik ki, razılığa gələ bilək. Amma rədd cavabı aldıq. Onda biz
bildirdik ki, itaət edirik və yalnız bir xahişimiz var: ermənilər şəhərə
buraxılmasın, çünki bilirdik ki, onlar bütün müsəlmanları qırmağı və
öldürməyi qərara alıblar.
Gelovani söz verdi, lakin sözünün üstündə durmadı. İki gündən
sonra çoxu ermənilərdən ibarət bolşevik dəstəsi şəhərə daxil oldu.
Ermənilər bir neçə adamı öldürdülər və hakimiyyəti öz əllərinə aldılar.
On gün keçdikdən sonra, ləzgilərlə üç gün atışaraq, dəstə şəhəri
tərk etdi və Xaçmaz kəndinə getdi. Bir həftədən sonra, əksəriyyətini
ermənilər təşkil edən 3000-ə yaxın, bolşeviklər yenidən qayıtdılar
və şəhəri müqavimətsiz tutdular, çünki ləzgilər artıq getmişdilər. Elə
birinci gün ermənilər 1500-ə qədər kişi, qadın və uşaq öldürmüşdülər.
Mən şəhərdən qaçdım və yalnız ermənilər gedəndən sonra
qayıtdım. Onları gürcülər əvəz etmişdilər. Şəhərdə və bağlarda ən yaxşı
evlər, o cümlədən də mənim evim yandırılmışdı. Mənim bütün daşınan
əmlakım və qızıllarım, həmçinin buğda ehtiyatım qarət edilmişdi.
Küçələrdə mən qalaq-qalaq cəsədlər, o cümlədən Usta Məhəmməd
Rəsul Bayram oğlunun, 70 yaşında, Qasım Kazım oğlunun, 80 yaşında,
Abdulla Tuluqçunun, 80 yaşında və onun oğlunun, 22 yaşında, eləcə
də Kərbəlayı Abuzər Mürsəl oğlunun iki qızının başları kəsilmiş və
üzləri eybəcər hala salınmış cəsədlərini gördüm.
Mənim qardaşım Harun qorxudan öldü. Evləri yandıran, qarət




