Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
212
Sənəd № 108
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Rəsul Xamməd oğlu, 43 yaşlı, Quba qəzası Müşkür
nahiyəsi Şollar kəndinin sakini, savadsız.
Mən Quba qəzasının Şollar kəndinin ağsaqqalıyam. Bizim
kəndimiz, Xudat stansiyasının 1 verstliyində, dəmir yolu xəttinin
yaxınlığında yerləşir. Bizim kənddə tikililər və anbarlarla birlikdə cəmi
16 ev var idi. Bolşeviklər dəmiryol xətti boyu yerləşən kəndlərə və Quba
şəhərinə basqın edən zaman, biz hər şeyi taleyin hökmünə qoyaraq
öz kəndimizdən qaçdıq. Bir neçə həftədən sonra geri qayıtdıqda isə
kəndi darmadağın edilmiş vəziyyətdə gördük: evlər, anbarlar və bir
neçə digər kəndlər yandırılmış, daşınan əmlak qarət edilmişdi. Biz
bolşevikləri görməmişik, amma onları kim görübsə, danışır ki, on-
lar yalnız ermənilərdən, yəhudilərdən və bir neçə rusdan ibarət idi,
və kəndləri yalnız ermənilər yandırırdılar. Bizim kəndin məscidi də
yandırılmışdır. Öldürülənlər yoxdur. Dəymiş zərərlər haqqında qərar bi-
zim tərəfimizdən təqdim edilmişdir. Əlavə heç nə göstərə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 110




