Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
214
stansiyası yanındakı qəsəbə də bazarla birlikdə dağıdılmışdır. Bizim bu-
rada yüzə yaxın tikilimiz var idi: evlər, dükanlar, anbarlar, saraylar. Dəstə
bu tikililərin hamısını yandırmışdır. Bizim evlərdən və tikililərdən əlavə
Xaçmaz stansiyası yanında digər şəxslərə mənsub olan tikililər və evlər
də yandırılmışdır. Talançılardan heç birinin adını çəkə bilmərəm, çünki
onlar Amazaspın dəstəsindən olan adamlar idi. Şıxlar malikanəsini və
Xaçmaz stansiyasını darmadağın etməklə ermənilər mənə rublun indiki
məzənnəsi ilə iki milyon rubldan artıq ziyan vurmuşlar. Mənim Şıxlar mül-
küm Qıraqlı cəmiyyətinə, Xaçmaz stansiyası isə Qaraqurtlu cəmiyyətinə
daxildir. Bundan əlavə sözüm yoxdur.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 118
Sənəd № 111
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ulubəy Xeyirbəy oğlu, 50 yaşlı, Quba qəzası Müşkür nahiyəsi
Susay kəndinin fəxri nümayəndəsi. Savadsız.
Mən Susay kəndinin sakinlərinin maraqlarını təmsil edirəm. Bizim
kəndimizdəmiryol xəttindənyarımverstaralıməsafədəyerləşir.Kəndimizdə
50 ev var idi. Quba şəhəri talan edildikdən sonra ermənilər Bakı şəhərinə
qayıdanda, biz öz kəndimizdən qaçdıq. Ermənilər kəndi tutdu və dəmir
yolu bərpa edilənədək orada qaldılar. Onlar bütün kəndi talan etdilər,
daşınan əmlakın hamısını oğurladılar, çıxıb gedəndə isə kəndi yandırdılar.
30-a yaxın ev və məscid yandı. Sakinlərdən heç kim öldürülməmişdir. Bi-
zim tərəfimizdən yandırılmış evlərin və oğurlanmış əmlakın sayı haqqında
məlumat təqdim edilmişdir. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 97, v. 130




