Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
210
Molla Seyfəddin Hidayət oğlu, 50 yaşlı, Quba qəzası Müşkür
nahiyəsinin Qiblə Qrız kəndinin məhəllə mollası.
Mən Quba qəzasının Müşkür nahiyəsinin Qiblə Qrız kəndinin
məhəllə mollasıyam. Cəmiyyətimizə 200-ə yaxın evi əhatə edən 11
kiçik kənd daxildir. Kəndlər dəmir yolunun 5 verstliyində yerləşmişdir.
Amazaspın başçılıq etdiyi ermənilərin cəza dəstəsi Bakıdan Qubaya
gedərkən, bu dəstənin yalnız ermənilərdən ibarət olan bir hissəsi, aşağı
körpüdə işləyən Nikolay adlı bir erməninin başçılığı ilə bizim cəmiyyətə
hücum etdi və onu darmadağın etdi: təxminən 5 kənd yandırılmış,
qalanları isə talan edilmişdir. Əmlak oğurlanmış, həmçinin üç məscid
və iki məktəb yandırılmışdır. Məscidlərdən biri məktəblə eyni bi-
nada yerləşirdi, o bizə vaxtilə 15 min rubla başa gəlmişdi. Ermənilər
tərəfindən 10 nəfərədək adam qətlə yetirilmişdir. Yandırılmış evlərin
sayı və vurulmuş ziyanın həcmi haqqında qərarları təqdim etmişik.
Əlavə deməyə sözüm yoxdur.
Oxunmuşdur. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 77
Sənəd № 105
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şeyda Şıx Əli oğlu, 45 yaşlı, Quba qəzası Müşkür nahiyəsinin
Qaraqurdlu cəmiyyətinin starşinası, savadsız.
Mən yeddi kəndin daxil olduğu Qaraqurdlu cəmiyyətinin
starşinasıyam. Talana qədər cəmiyyətdə hər iki cinsdən min nəfərə
yaxın əhalisi olan 128 ev var idi. Kəndlər hər iki tərəfdən dəmir yolu
boyu yerləşmişdir. Bu il yazın sonunda yalnız ermənilərdən ibarət olan
cəza dəstəsi Bakıdan Qubaya hərəkət edərkən müsəlman kənlərinə hü-
cum edir, onları dağıdır, yandırır, sakinlərini isə qırırdılar. Bu dəstə bizim
cəmiyyətə də basqın etmiş, bütün kəndləri bünövrəsinədək yandırmış,
yalnız bir neçə kənd salamat qalmışdır. Məscidə od vurulmuş və qismən
yanmışdır, bütün daşınan əmlak qarət edilmişdir. Kənddə qaçmağa ma-




