Background Image
Previous Page  215 / 324 Next Page
Information
Show Menu
Previous Page 215 / 324 Next Page
Page Background

211

cal tapmamış 7 nəfər qalmışdı, onların hamısı öldürülmüşdür: bir hissəsi

kəndin özündə, qalanı isə yollarda. Mən yandırılmış evlərin və qətlə

yetirilənlərin sayı, dəymiş zərərin həcmi haqqında məlumat vermişəm.

Əlavə heç nə göstərə bilmərəm.

Oxundu. Savadsızdır.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 97, v. 88

Sənəd № 106

Dindirmə protokolu

1918-ci il. 21 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Seyid Əbdül Xəlil Hacı Seyid Əli oğlu, 70 yaşlı, Quba

qəzası Müşkür nahiyəsi Seyidlər kəndinin sakini.

Quba qəza rəisi Əli bəy dəmir yolu boyu yerləşmiş müsəlman

kəndlərinin sakinlərini xəbərdar etmişdi ki, ermənilər müsəlman kəndlərinə

hücum edir və onları dağıdırlar. Biz qadın və uşaqları qabaqcadan

təhlükəsiz yerə göndərdik, özümüz isə erməniləri qarşılamaq və onlar-

dan bizim kəndlərimizi talan etməməyi xahiş etməyi qərara aldıq. Amma,

eşidəndə ki, ermənilər heç bir nümayəndələri qəbul etmir və çoxlu kəndləri

və Xudat stansiyasını darmadağın ediblər, onların qarşısına çıxmadıq. Xu-

dat stansiyasında ermənilər mənə məxsus olan 23 dükanı və karvansaramı

yandırdılar, dəymiş ziyan yüz min rubldan yuxarıdır. Seyidlər kəndi talana

məruz qalmayıb. Əlavə heç nə göstərə bilmərəm.

Oxundu. Savadsızdır.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A.Novatski (imza)

AR DA, f, 1061, s. 1, iş 97, v. 101

Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər

Quba qəzası kənd sakinlərinin şahid ifadələri