Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
262
Çinar-Tala
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qusarçay
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Çuxur-Oba
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Cek
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qımılqışlaq kənd inzibati-ərazi dairəsinə daxildir.
Daşdı-Yataq
(Daşlı Yataq)
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin İsnov
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Ağalıq kənd inzibati-ərazi
dairəsinə daxildir.
Dədəli
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Dəndəlik
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd
mövcud deyildir.
Dərbənd
- Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra
dağları arasında yerləşir. Dünyanın ən qədim şəhərlərindən
biri, onun “Xəzər qapıları” olan ən qədim adı ilk dəfə e.ə.VI
əsrdə çəkilir. Hazırda Rusiya Federasiyasının şəhər statusu
daşıyan ən cənub yaşayış məntəqəsidir.
Dərə Zarat
(Dərəzarat)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Sədan
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun Beşdam kənd inzibati-ərazi dairəsinə daxildir.
Dəvəçi-Bazar
- Quba qəzasında kənd, eyniadlı polis nahiyəsinin Dəvəçi
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Sonralar Dəvəçi
(indi – Şabran) şəhəri ilə birləşib.
Digah
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Al-
pan cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Amsar kənd inzibati-ərazi dairəsinə daxildir.
Diviçi – (Dəvəçi)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Şəhər kimi, Quba
qəzasının 1930-cu ildə rayonlara bölündüyündən sonra
yaranmış, eyniadlı rayonun mərkəzi olmuşdur. 14 aprel
2010-cu ildə rayon və şəhərin adları müvafiq olaraq Şabran
rayonu və Şabran şəhərinə dəyişdirilib.
Düstahir (Duztayır)
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Eynibulaq
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əlixanlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.




