Background Image
Previous Page  267 / 324 Next Page
Information
Show Menu
Previous Page 267 / 324 Next Page
Page Background

263

Əcəxur

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Əli-bəy-Qışlaq

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Aşağı Xuç

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba

rayonunun Vladimirovka kənd inzibati-ərazi dairəsinə da-

xildir.

Əli-bəy-Qışlaq (Hacı

Əli-bəy-Qışlaq–

Hacıəlibəy)

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

Hacı Qayıb Qışlaq cəmiyyətinə daxil idi, talana məruz qalıb.

Hazırda Xaçmaz rayonunun Hacıəlibəy kənd inzibati-ərazi

dairəsinə daxildir.

Əlixanlı

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyildir.

Əmirxanlı

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran

(keçmiş Dəvəçi) rayonunun eyniadlı kənd inzibati-ərazi

dairəsinə daxildir.

Əniq

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda

Qusar royonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-

xildir.

Ərəb (Ərəb Hacı,

Ərəb Babaşlı)

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Cığatay

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyildir.

Ərəb (Ərəb

Keymuraz)

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Çarxi

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz

rayonunun Qalağan kənd inzibati-ərazi dairəsinə daxildir.

Ərəb Həmyə

(Həmyə)

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Taqay

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən

rayonunun Həmyə kənd inzibati-ərazi dairəsinə daxildir.

Ərəb-əl Mamməd

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Taqay

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyildir.

Ərzurum

- Türkiyənin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzi-

bati mərkəzi. Birinci Dünya müharibəsi zamanı 1916-cı

ilin mart ayından 1917-ci ilin yayına qədər Qafqaz or-

dusunun əksəriyyətini erməni hissələri təşkil edən qo-

şunları tərəfindən zəbt edilmiş, şəhərdə və vilayətdə türk-

Azərbaycan əhalisinə divan tutulmuş, qırğınlar törədilmişdir.

Əvəcük

- Quba qəzasında kənd, köhnə Qusar polis nahiyəsinin Xu-

dat cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun Köhnə Xudat kənd inzibati-ərazi dairəsinə da-

xildir.

İnzibati-coğrafi adların göstəricisi