Background Image
Previous Page  270 / 324 Next Page
Information
Show Menu
Previous Page 270 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

266

İqrığ

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda

Quba rayonunun Alekseyevka kənd inzibati-ərazi dairəsinə

daxildir.

İlxıçı-Каzennı

- (İlxıçı Həsən Əfəndi) Quba qəzasında kənd, Müşkür po-

lis nahiyəsinin Cağatay cəmiyyətinə daxil idi, talana məruz

qalıb. Hazırda Xaçmaz rayonunun Niyazoba kənd inzibati-

ərazi dairəsinə daxildir.

İmamqulu

(İmamqulukənd)

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

İspat-oba

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xudat

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyil.

İspik

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin

Möhüc cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda

Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-

xildir.

Kelva -Kilvar

- Quba qəzasında erməni kəndi, Dəvəçi polis nahiyəsinin

eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalmayıb.

Hazırda Şabran (keçmiş Dəvəçi) rayonunun Pirəbədil kənd

inzibati-ərazi dairəsinə daxildir.

Kolanı

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Taqay

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən

rayonunun Yenikənd kənd inzibati-ərazi dairəsinə daxildir.

Konstantinopol

- şəhər, İstanbulun tarixi adı, 330-395-ci illərdə Rum, 395-

1204-cü və 1261-1453-cü illərdə Bizans, yaxud Şərqi Rum,

1204-1261-ci illərdə Latın və 1453-1922-ci illərdə Osmanlı

imperiyalarının paytaxtı olmuşdur. Şəhərin adları–Vizantiy,

Yeni Rim (patriarxın titulunun tərkibinə daxildir), Konstanti-

nopol, Sarqrad (slavyanlarda) və İstanbul. “Konstantinopol”

adı müasir yunan, “Sarqrad” – cənub slavyan dillərində qoru-

nub saxlanıb. Rəsmi olaraq 1930-cu ildə Atatürkün islahatları

zamanı İstanbul adlandırılıb.

Köhnə Xudat

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Köhnə İqrığ (Əski

İqrığ)

- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Am-

sar cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba

rayonunun Quba şəhər inzibati-ərazi dairəsinə daxildir.