Background Image
Previous Page  263 / 324 Next Page
Information
Show Menu
Previous Page 263 / 324 Next Page
Page Background

259

Aşağı-Ləgər

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Avaran

- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar

rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.

Aygünlü

- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran

(keçmiş Dəvəçi) rayonunun Gəndov kənd inzibati-ərazi

dairəsinə daxildir.

Babaşlu

- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xaçmaz

cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd

mövcud deyildir.

Bakı

- Zaqafqaziya diyarının quberniya (vilayət) şəhəri, Bakı

quberniyası Bakı qəzasının mərkəzi. 1723-cü ildə uzun

sürən mühasirədən sonra admiral Matyuşkinin eskad-

rasına təslim olmuş və Rusiyaya birləşdirilmiş, 1735-ci ildə

yenidən İrana verilmişdir. Bakı xanları tərəfindən idarə olu-

nurdu. 3 oktyabr 1806-cı ildə Bakı rus qoşunları tərəfindən

işğal olunduqdan sonra əvvəlcə qəza, 1859-cu ildə isə qu-

berniya şəhəri olmuşdur. 1918-ci ilin mart ayında talan-

lara məruz qalmışdır. 1918-1920-ci illər Azərbaycan Xalq

Cümhuriyyətinin, 1920-1991-ci illər Azərbaycan Sovet So-

sialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci ildən –

Azərbaycan Respublikasının paytaxtıdır.

Bakı Quberniyası

- 1859-1920-ci illərdə Rusiya imperiyasında inzibati vahid,

şimalda Dağıstan vilayəti, qərbdə – Yelizavetpol quberniyası,

cənubda – İran ilə həmsərhəd idi. 1813-cü ildə Gülüstan

müqaviləsinə əsasən Rusiyanın tabeliyinə keçmiş sabiq Bakı,

Şamaxı, Quba və Lənkəran xanlıqlarının, sonradan eyniadlı

əyalətlər, daha sonra qəzalar adlandırılan əraziləri əhatə ed-

irdi. Zaqafqaziya üzrə 10 aprel 1840-cı il tarixli İnzibati isla-

hat qanununa əsasən Bakı, Dərbənd, Quba, Lənkəran, Nuxa,

Şamaxı, Şuşa qəzaları yeni təşkil olunmuş Xəzər vilayətinə

daxil edilmişlər. 1846-cı ildə Zaqafqaziyanın quberniyalara

bölünməsinə dair yeni inzibati bölgü aparılmış və göstərilən

qəzalar, Quba qəzası istisna olmaqla, Şamaxı quberniyasına

daxil edilmişlər.

Quberniyanın mərkəzi Şamaxı şəhəri idi. Quba qəzası

Dərbənd quberniyasına daxil olmuşdur. Şamaxı şəhəri

30 may 1859-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində

dağıldıqdan sonra quberniyanın mərkəzi Bakı şəhərinə

köçürülmüş, Şamaxı quberniyası Bakı quberniyası adlan-

mağa başlanmışdır.

İnzibati-coğrafi adların göstəricisi