Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
260
1860-cı ilin mayında Quba qəzası Bakı quberniyasının
tərkibinə daxil edilmişdir. 1867-ci ildə Nuxa və Şuşa qəzaları
yeni yaradılmış Yelizavetpol quberniyasına daxil edilmişdir.
1918-ci ildə Bakı quberniyasına 6 qəza daxil idi: Bakı, Göyçay,
Cavad, Quba, Lənkəran, Şamaxı. Bakı quberniyası 1920-ci
ildə ləğv olunmuşdur.
Bayoba
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
Hacı-Qaib-Qışlaqı cəmiyyətinə daxil idi, talana məruz qalıb.
Hazırda Xaçmaz rayonunun Hacıəlibəy kənd inzibati-ərazi
dairəsinə daxildir.
Bəbəli
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xaçmaz
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Müşkür kənd inzibati-ərazi dairəsinə daxildir.
Bəy Qışlaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Biləcəri
- Bakı qəzasında kənd, Bakı şəhər polis idarəsinin 6-cı
nahiyəsinin eyniadlı kənd cəmiyyətə daxil idi, talana məruz
qalıb. Hazırda Bakı şəhərinin eyniadlı qəsəbə inzibati-ərazi
dairəsinə daxildir.
Boyat
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd
mövcud deyil.
Böyük Muruq
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Düztahir
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun Əcəxur kənd inzibati-ərazi dairəsinə daxildir.
Buduq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Bur-Bur
(Bor-Bor)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Aygünlü
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(köhnə Dəvəçi) rayonunun Rəhimli kənd inzibati-ərazi
dairəsinə daxildir.
Bur-Qala
(Bədir-Qala)
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həsən Qala
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun Bala Qusar kənd inzibati-ərazi dairəsinə daxildir.
Cağatay (Cığatay)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Cağatay
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Canaxır
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Hülövlü
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.




