265
Xaçmaz (Köhnə)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Müşkür kənd inzibati-ərazi dairəsinə daxildir.
Xaçmaz (Yeni)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xaçmaz
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda şəhər,
Quba qəzası rayonlara bölündükdən sonra 1930-cu ildə
yaradılmış eyniadlı rayonun inzibati mərkəzi.
Xanlıq-Oba
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Çarxı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Çarxı kənd inzibati-ərazi dairəsinə daxildir.
Xaspolad (Xasbulat)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Xaçmaz
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə daxildir.
Хəlilli (Xəlillər)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Quşçu
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Çölquşçu kənd inzibati-ərazi
dairəsinə daxildir.
Xırdalan
- Bakı qəzasında kənd, Bakı şəhər dairəsinin 6-cı polis
nahiyəsinin eyniadlı cəmiyyətinə daxil idi, talana məruz
qalıb. 1936-cı ildən şəhər tipli qəsəbə, 2006-cı ildə şəhər
statusu almışdır. Hazırda Azərbaycan Respublikası Abşeron
rayonunun inzibati mərkəzi.
Xırda-Oymaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Çarxı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Ağalıq kənd inzibati-ərazi
dairəsinə daxildir.
Xuc-Bala
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda
Quba rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Xudat
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Xudat şəhər inzibati-ərazi dairəsinə daxildir.
Xudat-Stansiya
- Vladikavkaz dəmiryolunda stansiya və Quba qəzasında
stansiyanın ətrafında eyniadlı kənd. Müşkür polis nahi-
yəsinin Xaçmaz cəmiyyətinə daxil idi, talana məruz qalıb.
Hazırda Xudat şəhəri ilə birləşib.
Xürəl
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Avaran
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun Avaran kənd inzibati-ərazi dairəsinə daxildir.
Xаçmaz-Stansiya
- Vladiqafqaz dəmiryolunda stansiya və Quba qəzasında
stansiyanın ətrafında eyniadlı kənd, talana məruz qalıb.
Hazırda Xaçmaz şəhərinə birləşib.
İnzibati-coğrafi adların göstəricisi




