Fəaliyyət

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçirir. “Qarabağ həqiqətləri” bukletlər toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir...  

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəran rayonunun Girdəni kəndində inşa edilmiş 240 yerlik yeni məktəb istifadəyə verilmişdir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Su-Tikinti Törəmə Müəssisəsinin inşaatçıları tərəfindən tikilən yeni təhsil ocağının açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun ...

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Beyləqan rayonunun Mil qəsəbəsində 240 yerlik orta məktəb binası istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edənlər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər...

03_HEYDER ELIYEV FONDU TEREFINDEN DIABET XETELERINE DERMAN PAYLANILMASI_FOTO(NAMIK MEMMEDOV).jpg

Bakı Baş Səhiyyə İdarəsində şəkərli diabetə tutulmuş uşaqlara bu xəstəliyin müalicəsi üçün dərman preparatlarının və yeni il hədiyyələrinin təqdim olunması mərasimi keçirilmişdir. İdarənin rəhbəri Leyla Seyidməmmədova bu xeyriyyə tədbirinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirildiyini vurğulamış ...

Yanvarın 3-də Heydər Əliyev Fondu Bakının müxtəlif orta məktəblərinin təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün "Gülüstan" sarayında Yeni il şənlikləri keçirmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri ...