Fəaliyyət

001.jpg

Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu münasibətlə noyabrın 24-də uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı, qızları Leyla və Arzunu uşaqlar böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar...

Ağstafa rayonunun Saloğlu kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayev, valideynlər, təhsil işçiləri, məktəblilər çıxış edərək göstərilən qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti ...

Astara rayonunun Ağkörpü kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə təhsil və elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində rayonun bir sıra kəndlərində, o cümlədən Ağkörpüdə qısa müddətdə məktəb binası ...

Heydər Əliyev Fondu öz ənənəsinə sadiq qalaraq Ramazan bayramında da uşaq evlərində və internat məktəblərində tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan uşaqları sevindirmişdir. Noyabrın 4-də Heydər Əliyev Fondunun nümayəndələri Bakının Əzizbəyov rayonunda yerləşən bir sıra internat evlərində və məktəblərində olmuşlar. Sonra uşaqlar üçün bayram süfrəsi açılmışdır...

Yardımlı rayonunun Burzunbul kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 200 yerlik yeni məktəb istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakinləri məktəbin müəllim və şagirdlərini təbrik etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə təhsilə, elmə dovlət qayğısı göstərilir, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir...