Fəaliyyət

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, Azərbaycan həqiqətlərini, xalqımızın başına gətirilmiş faciələri Fransada da təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir...

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Ağcabədi rayonunda ötən il 5 məktəb binası tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindarx, Minaxorlu, Şənlik kəndlərində hər biri 240, Hacılar kəndində 200, Aşağı Avşar kəndində isə 100 yerlik məktəb binaları inşa olunmuşdur...

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur. Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulur. Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir...

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin gün Bakının Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş şəhər xəstəxanasının açılışında iştirak etdilər. Tibb işçiləri dövlətimizin başçısını və xanımını böyük səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu...

04_PREZIDENT - SAFAR - BAKI KANDLARI - TURKAN - MAKRAB.jpg

Dekabrın 30-da Əzizbəyov rayonunun Türkan qəsəbəsində Nizami Sərxanov adına 256 nömrəli məktəb istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı məktəb binasının qarşısına toplaşan müəllimlər və şagirdlər hərarətlə qarşıladılar. Direktor Vasif Məmmədov bildirdi ki, təməli Prezident tərəfindən 2006-cı ilin mayında qoyulmuş məktəb...