Fəaliyyət

2.JPG

Azərbaycan Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 3-də Mirzə Fətəli Axundov adına Əliuşağı kənd orta məktəbində olmuşdur. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəbdə 200 şagird təhsil alır...

“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər”. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən fevralın 27-də Moskvada təşkil edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfransda demişdir.

Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində anma mərasimi keçirilmişdir. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada ...

Heydər Əliyev Fondu və Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 16-cı ildönümü münasibətlə Ankarada tədbirlər keçirmişlər. Fevralın 25-də Ankaranın Keçiörən rayonundakı Esterqon qalasında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur. Səfir Zakir Həşimov və Keçiörən bələdiyisinin sədri Turqut Altınok Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş ...

01_NIDERLAND - XOCALI SOYQIRIMI - ABIDA .JPG

Fevralın 24-də Haaqada Niderlandda fəaliyyət göstərən Holland-Azərbaycan Türk Dərnəyinin təşəbbüsü və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyi, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı şəhidlərinə həsr olunan ilk abidənin, diaspor təşkilatlarının toplantısı və rəsm sərgisinin açılış ...