Elm və təhsil

Ağstafa rayonunun Saloğlu kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayev, valideynlər, təhsil işçiləri, məktəblilər çıxış edərək göstərilən qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti ...

Astara rayonunun Ağkörpü kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə təhsil və elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində rayonun bir sıra kəndlərində, o cümlədən Ağkörpüdə qısa müddətdə məktəb binası ...

Yardımlı rayonunun Burzunbul kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 200 yerlik yeni məktəb istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakinləri məktəbin müəllim və şagirdlərini təbrik etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə təhsilə, elmə dovlət qayğısı göstərilir, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir...

Samux rayonunun Qarayeri qəsəbəsindəki 2 saylı orta məktəb yeni binaya köçmüşdür. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" proqramına uyğun olaraq inşa edilən 200 yerlik bu məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbin inventarları tamamilə dəyişdirilmiş, kompüter otağı yaradılmışdır...

024.JPG

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 11-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə tər qərənfillər qoydu...