Pres-relizlər

Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçiriləcəkdir...

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi aprelin 18-dən 21-dək Parisdə bayram tədbirləri keçirəcəkdir.Aprelin 19-da YUNESKO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən sərgi avropalılara təqdim olunacaqdır.

Dünyanın muğam biliciləri yenidən Bakıya gələcəklər.Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcəkdir.Festival çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcəkdir.

Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır.Yanvarın 5-də müsabiqənin seçim turu başa çatmış, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilmişdir. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılmışdır.Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçiriləcəkdir.2009-cu ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan bu beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaqdır.