Mədəniyyət

2.jpg

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin premyerası olub. Ekran əsərinin nümayişindən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə “Arşın mal alan” filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının video görüntüsü nümayiş etdirilib...

_MG_2913.jpg

Dekabrın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Avropanın ən böyük liman şəhərlərindən biri olan Hamburqda “Azərbaycan gecəsi” keçirilib. Bu, Həydər Əliyev Fondunun 2013-cü il ərzində Almaniyada keçirdiyi silsilə tətbirlərin sonuncusu idi. Tarixi Börsensaal zalında keçirilən “Azərbaycan gecəsi”ndə iki sərgi ilə yanaşı...

001.gif

Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Əməkdar Rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilib. Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur. Sərginin açılış mərasimində Milli Məclisin regional məsələlər...

06_reyms—mahsati—gancavi—konsert.jpg

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 30-da məşhur Reyms Konservatoriyasında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert təşkil edilib. Aparıcı Elizabet Nacoco Azərbaycanın Asiya ilə Avropanın qovuşduğu bölgədə, İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşdiyini xatırladıb...

05.JPG

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Fransanın Reyms şəhərinin To sarayında Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib. Sərgini açan sarayın inzibatçısı Benua-Anri Papuno bu cür tədbirlərin müxtəlif mədəniyyətlərə malik xalqların biri-birlərini yaxından tanımasında, ölkə...