Sosial

HAYDAR ALIYEV FONDU-MEMORANDUM .JPG

Yanvarın 25-də Heydər Əliyev Fondu ilə ABŞ-ın “Uşaqların Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanmışdır.  Memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Uşaqların Xilası” təşkilatının ölkəmizdəki nümayəndəsi Cef Cakomini imzalamışlar...

001.JPG

Heydər Əliyev Fondu dekabrın 29-da “Gülüstan” sarayında Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün şənlik keçirmişdir. Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin...

2.JPG
Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olan, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Builki şənliklərə, ümumilikdə, 2 mindən çox uşaq dəvət olunmuşdur...
01.JPG

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir. Fondun əməkdaşları əvvəlcə Maştağa qəsəbəsindəki 1 nömrəli Ruhi-əsəb xəstəxanasında olmuşlar. Fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xəstəxanaya...

01.JPG

Noyabrın 24-də Bakı Dövlət Sirkində internat məktəblərində, uşaq evlərində tərbiyə olunan və bir sıra ictimai birliklərin himayə etdikləri uşaqlar Çin sirk ustalarının maraqlı əyləncəli proqramına tamaşa etmişlər. Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə həyata keçirdikləri tədbirə Bakının Əzizbəyov, Sabunçu, Xətai, Nizami, Nəsimi rayonlarında yerləşən uşaq evləri ...