Nəşrlər

008.jpg

Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi...

002.jpg

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir. Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmışdır...

Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir. Silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı 5 bukleti əhatə edir...

001.jpg

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. Alboma Azərbaycan və ingilis dillərində, yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən kitab və üç kompakt disk daxildir...

Dekabrın 14-də Türkiyənin Bursa şəhərində Türkiyə Nazirlər Kabineti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Bursa bələdiyyəsi və Məshəti Türkləri Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldıqları insan haqlarının pozulması faktları” mövzusunda ikigünlük beynəlxalq simpozium keçirilmişdir...