Background Image
Previous Page  115 / 324 Next Page
Information
Show Menu
Previous Page 115 / 324 Next Page
Page Background

111

Kərbəlayı Əhməd oğlu Qasımovun istintaq işi başlayırdı. “52 yaşlı...,

“keçmişdə iri tacir...,seçki hüququndan məhrum edilmiş...”. M.H.A.Qasımov

həmin “...Siyahıdan Çıxarış” əsasında 1938-ci il fevralın 10-da həbs olunmuş

və elə həmin gün onun haqqında cinayət işi açılmışdı. Çıxarışda müttəhimin

tərcümeyi-halı əks olunan “Müəyyən edilmiş məlumatlar” bölməsindən son-

ra “Xasiyyətnamə” hissəsi gəlirdi ki, məhz bu hissədə Qasımov haqqında

yazılan sətirlər ona qarşı irəli sürülən ittihamın əsasını təşkil etməli idi: “Anti-

sovet əhval-ruhiyyəli bir şəxs, mövcud Sovet hakimiyyətinə nifrət edir, Sovet

hakimiyyətinin guya yaxın vaxtlarda məhv olacağının labüdlüyü haqqında

təxribatçı şayiələr yayır”. (338)

20 gündən artıq davam etməyən istintaq müddətində Məşədi Hacı

Ağa “ əks-inqilabçı antisovet təbliğatı yaymaq” kimi ona qarşı irəli sürülən

ittihamı qətiyyətlə rədd edərək özünü müqəssir bilmir. Hərçənd istintaqın

gedişində onunla iki dəfə üzləşdirmə təşkil edilir və bu üzləşdirilmə zamanı

“şahidlər” ona “xatırladırlar” ki, guya bir dəfə çayxanada müştərilərin biri

qəzet oxuyarkən SSRİ-nin beynəlxalq münasibətlərinə dair məqaləni Məşədi

Hacı Ağa “uca səslə” belə “şərh etmişdi”: “Axır ki, bir azdan Sovet hakimiyyəti

məhv olacaq. İndi ona daha heç nə kömək edə bilməz”. (339)

İstintaqın “Sovet hakimiyyətinin tədbirlərindən narazılıq” və ya “par-

tiya və hökumətin rəhbərlərinə böhtan” kimi müəyyən etdiyi bu və ya digər

mülahizələrin M.H.A.Qasımov tərəfindən həqiqətən deyilib-deyilmədiyi

məlum deyil. Əslində, istintaq üçün bunun elə bir əhəmiyyəti də yox idi.

Bunlardan daha mühüm və həqiqətə daha uyğun olan sözlər – ittihamçı

tərəfin şahidlərinin ifadələrindən qırmızı xətt ilə keçən “M.H.A.Qasımovun

Quba şəhəri və qəzanın kənd əhalisi arasında böyük və inkaredilməz nü-

fuzu olması” haqqında şəhadət istintaq tərəfindən daha ciddi qəbul edi-

lirdi. M.H.A.Qasımovun adının “Az.SSR DİXK-nın Quba rayonu üzrə təsdiq

olunmuş Siyahısına” – özü də 1-ci kateqoriya ilə – düşməsinin əsl səbəbi bu

deyildimi?

“Güllələnsin. Əmlakı müsadirə edilsin” – Məşədi Hacı Ağa Qasımov

haqqında Az.DİXK Xüsusi Üçlüyü 1938-ci il martın 9-da məhz belə bir hökm

çıxarır, həmin il martın 22-dən 23-nə keçən gecə isə hökm yerinə yetirilir. (340)

Burada qeyd olunmalıdır ki, Azərbaycan SSR DİXK orqanları tərəfindən

1920-1930-cu illərdə repressiyalara məruz qalmış və “xalq düşməni” elan

edilmiş keçmiş Quba qəzasının bütün sakinləri ölümlərindən sonra bəraət

almış, onların təmiz adı və şərəfi bərpa edilmişdir. Öz xalqının və ölkəsinin

həqiqətən ləyaqətli övladı və vətəndaşı olmuş bu insanların faciəvi

sonluğunun şahidi olan istintaq işləri isə çoxdan arxivlərə verilmişdi. Lakin bir

neçə on illikdən sonra onların adları yenidən, artıq başqa arxiv sənədlərində

Fövqəladə Təhqiqat Komissiyasının materiallarında gündəmə gəlir. Həm

də bu dəfə onlar həmin Komissiyanın sənədləri vasitəsilə ilə istər özlərinin,

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi