137
Protokol bununla bitir.
Şahidlər: Quba şəhər rəisi Əlibəyov (imza)
Əyyub bəy Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 109-110.
Sənəd № 18
Azərbaycan Respublikası
D.İ.N.
Quba Qəza Rəisi
№ 918, 26 dekabr 1918-ci il. Quba şəhəri
Fövqəladə Təhqiqat Komissiyasının cənab sədrinə
Bununla Amazaspın başçılığı altında Quba qəzasına hücum
etmiş erməni cəza dəstəsi tərəfindən mənə tapşırılmış qəzanın Ye-
ni-bulaq kəndində məhəllə mollası Molla Əli Həsən Kərbəlayı Tağı
oğlunun evində müsəlmanların yandırılmış müqəddəs Quran kitabını
sərəncamınıza verirəm.
Quba qəza rəisi: Xoyski
13
(imza).
Katib: Hüseynov (imza)
Vərəqin arxasında:
Baxış protokolu
1918-ci il, 29 dekabr, Bakı ş.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlərin
iştirakı ilə Quba şəhərinin sakini ekspert qismində Molla Hacı Baba
Axundzadə vasitəsilə müsəlman kitabının yandırılmış qalıqlarına baxış
keçirdi və müəyyən olundu ki:
Qalıqlar yandırılmış müqəddəs Quran və başqa bir müqəddəs
kitabın qalıqlarıdır, lakin məhz hansı kitabın olduğunu müəyyən etmək
mümkün deyil, həmçinin başqa Quran və Şəriət kitabının qalıqlarıdır.
Ekspert: İmza (ərəb hərfləri ilə)
Şahidlər: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş. 97, v. 33
Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları
AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri




