Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
160
edildim. Mən ermənilərdən müsəlmanları niyə görə öldürdüklərini
soruşurdum. Onlar mənə belə cavab verdilər ki, türklərin öldürdüyü
Türkiyə ermənilərinin qisasını alırlar və bizim hamımızı qırmaq lazımdır.
Mənim anam Mədinə Məşədi Bağır qızı bu hadisələrdən on gün sonra
qorxudan öldü, nənəm isə kar və kor oldu. Ermənilərin arasında silahlı
Quba ermənilərini: Vartan Avakovu, Arutyun Baba oğlunu, bərbər
Cavadı, Mirzə Əmircanovu, Qriqorinin oğlu Vartanı, Arakelin oğlu Yef-
remi, Babacanı və onun oğlunu gördüm. Onların müsəlmanları necə
öldürdüyünü, evləri yandırdığını və qarət etdiklərini görməmişəm,
yalnız onların əllərində silah şəhərdə dolaşdıqlarını görmüşəm. Bizim
evdə bütün avadanlığa od vuruldu və yandırıldı, amma ev alışmadı.
Ermənilər, 150 min nağd pul və qızıl və əşyalar qarət edərək, mənə
iki yüz min rubl dəyərində (mən ticarətçiyəm) ziyan vurmuş, 50 min
rubl dəyərində ev avadanlığını yandırmışlar. Əlavə heç nə göstərə
bilmərəm. Oxundu.
Bunu əlavə edim ki, ermənilər şəxsən mənə deyirdilər ki, onlar
indi (təsvir edilən hadisələr zamanı) bizim allahımızdır.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 22-23
Sənəd № 51
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Abuzər Məstan oğlu, 60 yaşlı, Quba şəhəri sakini,
savadsız.
Bu ilin yazında Qubada danışırdılar ki, ermənilər Qubaya gəlir.
Mən buna elə də böyük əhəmiyyət vermirdim, çünki eşitmişdim ki,
cəmi 25 erməni gəlir və onlar heç kimə toxunmayacaqlar. Birdən şəhər
tezdən 30 nəfər tüfəng, xəncər və tapança ilə silahlanmış erməni bi-
zim həyətə soxuldu. Mənim qonşum Abdulla Tuluqçu onların qarşısına
çıxdı və onlara nə lazım olduğunu soruşdu. Onların tərəfindən atəş səsi




