157
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
edən, insanları öldürən ermənilər sırasında mən keçmiş ev sahibi,
Qriqorinin oğlu, Mirzəcanın nəvəsi qubalı Arutyunu görmüşdüm.
Evimin yandırılması və qarəti nəticəsində mən 200 min rubl ziyan
çəkmişəm. Əlavə heç nə deyə bilmərəm.
Oxundu: Hacı Hidayət Musayev (ərəb əlifbası ilə imza)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 17
Sənəd № 48
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi İbad Bağırov, 45 yaşlı, Quba şəhəri sakini, savadsız.
Bu ilin yazında, erməni dəstələri Quba şəhərinin tutarkən, mən
dağlara qaçdım və onlar gedəndən, onları gürcülər əvəz edəndən
sonra qayıtdım. Şəhər tamamilə dağıdılmışdı: ən yaxşı evlərin çoxu
yandırılmışdı, mənim də evimə od vurulmuş, amma yanmamışdır,
daşınan əmlakım qarət edilmişdir, küçələr öldürülmüş müsəlmanların,
kişilərin, qadınların və uşaqların meyitləri ilə dolu idi. Mənim anam
Pəricahan qorxudan kar və kor oldu, bacımMədinə isə qorxudan öldü.
Mənim bacım oğlu Məmməd Musa Məmməd oğlu atası və qardaşı ilə
bərabər şəhərdə idi, ermənilər atasını və qardaşını öldürdülər. O, qatil
və yanğınlar törədən ermənilərin arasında qubalı erməniləri: Vartan
Avakovu, Arutyun Baba oğlunu, bərbər Cavadı, Mirzə Əmircanovu,
Saşa Lukyanovu, Tatevos Yaqub oğlunu tanımışdı. Daşınan əmlakımın
qarət olunmasına görə mən iki min rubla qədər ziyan çəkmişəm. Əlavə
heç nə deyə bilmərəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: E.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 18




