Background Image
Previous Page  162 / 324 Next Page
Information
Show Menu
Previous Page 162 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

158

Sənəd № 49

Dindirmə protokolu

1918-ci il. 12 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əli Kərbəlayı İrza Qulu oğlu, 40 yaşlı, Quba şəhəri

sakini, savadlı.

Bu ilin may ayının 1-də axşama yaxın Quba şəhərinə xəbər

yayıldı ki, bolşeviklər şəhərdən 5 verst aralıda durublar və şəhərə hü-

cum etmək niyyətindədirlər. Bacım Məşədi Bibi Xanım bizə gələrək bu

şayiəni təsdiqlədi. Mən hamımızın birlikdə onların yox, bizim evimizdə

toplaşmasını və hadisələrin necə cərəyan edəcəyini gözləməyi

məsləhət gördüm. Bacım heç bir halda bizə gələ bilməyəcəyini bildir-

di və çıxıb getdi. Mən öz arvadımı uşaqlarla birlikdə Molla Hacı Baba

Axundzadənin yanına yolladım, bacıma da xəbər göndərdim ki, o da

ora yollansın, özüm isə evdə qaldım. Axşam, hava qaralanda, şəhərdə

atışma eşitdim, amma evdən çıxmadım və şəhərdə nə baş verdiyindən

xəbərim olmadı. Ertəsi gün dəli Məşədi Musa Zeynal oğlu mənim

evimin yanından keçirdi və nə isə qışqırırdı. Mən qapının arasından

baxdım. İki güllə atıldı və o, ölü kimi yıxıldı. Elə həmin gün mənim

yanıma bir neçə erməni gəldi və məni öldürmək istədilər, mən onlara

4 min rubl verdim və onlar çıxıb getdilər. Bir müddət sonra yenidən

bir neçə nəfər gəldi və ölümlə hədələyərək, məndən pul tələb etdilər.

Mən onlara 3 min rubl verdim. Nəhayət, həmin tələblə daha iki nəfər

gəldi və mən onlara sonuncu min rublumu verdim. İki gündən son-

ra mənə xəbər verdilər ki, bacım öldürülüb. Mən həmin gün evdən

bayıra çıxmadım, üçüncü gün bacımın evinə gəldikdə, evi yanmış və

bacımın, yeznəm Hacı Dadaş Bala Qasım oğlunun, 70 yaşlı qocanın,

və bacım oğlu 19 yaşlı Abdul Qasımın yanıb qaralmış meyitlərini

tapdım. Meyitləri torpağa tapşırdım. Mənim ailəmdən heç kim xəsarət

almamışdır.

Bolşeviklər yalnız ermənilərdən ibarət idi. Mən onlardan heç

birini tanımadım və heç birinin adını çəkə bilmərəm. Onlar müxtəlif

yerlərdən, hətta İrandan gəlmə idilər. Mən eşitmişəm ki, ermənilərin

yandırdığı evləri onlara Quba yəhudiləri nişan verirmiş. Mənim heç