Background Image
Previous Page  163 / 324 Next Page
Information
Show Menu
Previous Page 163 / 324 Next Page
Page Background

159

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

nəyim oğurlanmayıb. Yeznəmin və bacımın əmlakı 100.000 rubl

dəyərində idi. Əlavə heç nə deyə bilmərəm.

İmza. (ərəb hərfləri ilə)

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 19

Sənəd № 50

Dindirmə protokolu

1918-ci il. 13 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Musa Məmməd Əli oğlu, 24 yaşlı, Quba şəhəri sa-

kini, savadlı.

Novruz bayramından

30

təxminən bir ay sonra sayı üç mindən

artıq olan silahlı erməni səhər tezdən Quba şəhərini ələ keçirdi.

Şəhərə daxil olan kimi müsəlman kişi, qadın və uşaqları öldürməyə,

evləri qarət etməyə və yandırmağa başladılar. Mən öz ailəmlə: atam,

anam, nənəm, dayım və qardaşımla evdə oturmuşduq və küçəyə

çıxmırdıq. Ertəsi gün bir qrup erməni bizim mənzilimizə soxuldu və

bizim hamımızın üstünü axtararaq, pul, qızıl və qiymətli əşyalarımızı

əlimizdən aldılar və darvazanı bağlamamağı və ağ bayraq qaldırmağı

tapşıraraq çıxıb getdilər. Biz elə də etdik. Ertəsi gün evimizə başqa

silahlı erməni dəstəsi gəldi və dərhal, heç bir səbəb olmadan, otaqda

oturan atam Məmməd Əli Məşədi Feyzulla oğluna, dayım Kərbəlayı

Dadaş Bağır oğluna və qardaşım Cabbara bir neçə atəş açdılar, atam

və dayım yerindəcə öldülər, qardaşım isə yaralandı və 6 gündən

sonra öldü. Bunu gördükdə, mən ermənilərdən xəlvət qonşu otağa

qaçdım, qapının arxasına un kisələri yığım və orada qaldım, amma

pəncərədən müşahidə edirdim. Bir gün sonra ermənilərin üçüncü

dəstəsi gəldi və evdə nə qalmışdısa, götürüb getdilər. Mənim ana-

ma və nənəmə yazığım gəldi və sığınacağımdan çıxdım. Ermənilərin

dördüncü dəstəsi gəldi. Mən onlara yalvarmağa başladım ki, məni

öldürməsinlər. Onlar məni əsir kimi məscidə apardılar. Mən oradan

ermənilər 9 gündən sonra bizim şəhəri tərk edib getdikdən sonra azad