Background Image
Previous Page  192 / 324 Next Page
Information
Show Menu
Previous Page 192 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

188

həqiqətən, burada olduğu doqquzuncu gün bütün dəstəsi ilə çıxıb get-

di. Onun ardınca mən də çıxıb getdim. Əlavə etməliyəm ki, Amazaspın

dəstəsi Xaçmaza gedən yolda 35 nəfər arabaçını qətlə yetirmişdi. On-

lardan beş nəfərin meyitini mən şəxsən özüm görmüşəm.

Oxundu. İmza. Gelovani.

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 62-65

Sənəd № 69

Dindirmə protokolu

1918-ci il. 24 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:

David Aleksandroviç Gelovani (əlavə olaraq)

Əlavə olaraq göstərirəm ki, mən yığıncağa (məclisə) Qubanın

nümayəndələri ilə birlikdə ruhani şəxslər olan Hacı Baba Axundzadəni

şiə məzhəbinin nümayəndəsi kimi və Əbdürrəhman Əfəndi İmamı isə

sünni məzhəbinin nümayəndəsi kimi dəvət etmişdim. Mən onların

hər ikisini ümumi şəkildə bolşevizmin əsas ideyaları ilə tanış etdim

və hər ikisi bolşevizm nəzəriyyəsinin şəriətə zidd olmadığı barədə

fikir söylədilər. Bu zaman yığıncağın (məclisin) üzvü, hazırda Quba

şəhərinin müstəntiqi, onlardan: “əgər biz iri mülkədarların torpaqlarını

əllərindən alsaq, buna şəriət nöqteyi-nəzərindən yol verilirmi?” – deyə

soruşduqda, Əbdürrəhman Əfəndi bir az fikirləşdikdən sonra cavab

verdi: “Şəriət zorakılığı qəbul etmir, amma əgər bu sülh yolu ilə baş

verərsə, bu hətta yaxşı olardı, çünki, çoxlu torpağı olanlar başqalarını

işləməyə məcbur edirlər və bununla da günaha batırlar. Hacı Baba

Axund bu fikirlə razılaşdı. Onlar hər ikisi öz fikirlərini sərbəst, təzyiq və

zorakılıq olmadan bildirirdilər.

Mən vəAmazaspQuba şəhərindən geri çəkilərkən bizimdəstəmiz

heç bir zorakılıq etməmiş, heç kimi öldürməmiş, evləri yandırmamışdır,

haradasa aşağıda ev yanırdı, lakin o top mərmisindən alışmışdı.

Mən iki gün ərzində ləzgilərə qarşı müqavimət göstərdim və on-

lara təslim olmadım, çünki, əvvəla zabit şərəfim buna yol vermirdi,

ikincisi isə, mən təslim olmaq haqqında təklif almamışdım, əksinə,