187
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
qaldım. Qubalılar məndən Qubaya əsgər dəstəsinin göndərilməsini
xahiş etdilər, çünki, burada onların mübarizə apara bilmədikləri insan-
lara qarşı güc lazım idi. Əsgər dəstəsinin göndərilməsini xahiş edən
həmin qubalıların adları və soyadları mənim yadımda deyil, yalnız
Kiragər adlı birisinin adını xatırlayıram, soyadını bilmirəm. Mən Bakıya
teleqram vurdum ki, qubalılar qayda-qanun yaradılması üçün Qubaya
əsgər dəstəsinin göndərilməsini xahiş edirlər. Mənə cavab verdilər ki,
dəstə göndərilmişdir. Mən dəstəni qarşılamaq üçün Xaçmaza getdim
və onunla birlikdə Qubaya qayıtdım. Dəstədə 187 nəfər, 12 erməni, bir
neçə yəhudi, qalanları rus və iki pulemyot var idi. Dəstənin komandiri
adını unutduğum bir erməni idi. Mən bu dəstə komandirini dəfələrlə
fitnəkar çıxışlardan çəkindirməli olurdum. Pulemyot komandasının
rəisi kapitan Kubitski idi, o, hal-hazırda Petrovsk şəhərində polis
nahiyəsində xidmət edir. Cox keçmədən bizim dəstənin üzərinə ləz-
gilər və ətrafdakı müsəlmanlar hücum etdilər. Qubalılar bizə hücum
etməmişdilər. Xaçmazdan bizim köməyimizə Poruçik Ağacanyanın
başçılığı altında yalnız ermənilərdən ibarət olan 150 nəfərlik dəstə iki
topla gəldi. Ertəsi gün o, Qubanın bütün xristian əhalisini, əsasən də
erməniləri, Qubadan çıxarmaq üçün bir yerə topladı.
Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim.
Onun əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm ki, qaç-
qınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş açmasınlar.
Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leon-
tyev bağının yanında qaldı və ləzgilər onları öldürdülər. Mən döyüşün
birinci günü əlimdən yaralanmışdım. Biz Xaçmaza getdik və oradan
Dərbəndə yollandıq. Bir neçə gündən sonra Hərbi komissar Korqa-
nov Amazaspın başçılıq etdiyi təxminən 2 min nəfərlik cəza dəstəsini
Qubaya göndərdi. Caparidze mənim keçmiş köməkçim, qubalı Mir
Cəfər Bağırovun imzaladığı teleqram almışdı. Teleqramda deyilirdi
ki, qubalılar onların xilas edilməsi üçün təcili olaraq mənim Qubaya
gəlməyimi xahiş edirdilər, çünki Amazasp hər yeri yandırır və hamını
öldürür. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən
razılaşdım və geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Mən burada
törətdiklərinə görə Amazaspı danladım. O və dəstənin komissarı Ve-
lunts mənə cavab verdilər ki, şəhəri öz aralarında müharibəyə başlamış
sünni
41
və şiələr
42
yandırmış və bir-birini qırıb tökmüşlər. Mən onlara
inanmadım və Amazaspa öz dəstəsi ilə Qubadan çıxıb getməyi təklif
etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və




