Background Image
Previous Page  252 / 324 Next Page
Information
Show Menu
Previous Page 252 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

248

iştirak etmişdir. Amazaspın silahlı dəstələrinin Qubaya hücumu zamanı Zizikskinin

dəstələri onları qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün, Quba

şəhərinin girəcəyində vuruşmuşlar. Ə.B.Zizikski AXC hökuməti tərəfindən yaradılmış

Fövqəladə Təhqiqat Komissiyası tərəfindən dindirilməmişdir. AXC hakimiyyəti

dövründə polkovnik rütbəsində paytaxtın şəhər rəisinin müavini təyin edilmiş,

onun dəstəsinin üzvlərinin əksəriyyəti yenidən yaradılmış Milli Ordunun sıralarına

daxil olmuşlar. Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmiş, “İttihad”

partiyasının fraksiyasına daxil olmuşdur. Həmin partiyanın I (1919-cu il, aprel) və II

(1920-ci il, yanvar) qurultaylarında onun Mərkəzi Komitəsinə üzv seçilmişdir. 1920-

ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra müqavimət

hərəkatında iştirak etmiş, hərəkat yatırıldıqdan sonra bir müddət gizlənmiş, sonra

İrana (Ərdəbil ş.) getmişdir. 1923-ci ildə geri qayıtmış, həmin dövr Azərbaycanın

Fövqəladə Komitəsinin (FK) sədri olan M.C.Bağırovun köməkliyi ilə bəraət qazanmış

və Bakıda yaşamışdır. 1926-cı ildə həbs edilmiş, Sovet hökumətinə qarşı fəaliyyətdə

ittiham edilmiş, 1929-cu il sentyabrın 17-dən 18-nə keçən gecə güllələnmişdir.

Azərbaycan Respublikasının “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haq-

qında” 15 mart 1996-cı il tarixli qanununa əsasən repressiya qurbanı hesab edilmiş,

5.11.2002-ci ildə bəraət almışdır.

13

Xoyski Əmiraslan xan Cahangir xan oğlu

– (1888-1954), Azərbaycan milli

istiqlal hərəkatının fəal iştirakçılarından biri, Fətəli xan Xoyskinin böyük qardaşı. AXC

dövründə Bakı qubernatorunun birinci müavini, sonra Gəncə qəzasının rəisi, AXC

hökuməti DİN Qazax qəzası üzrə xüsusi səlahiyyətli nümayəndəsi, Quba qəzasının

rəisi. 1920-ci il may ayında Gəncə üsyanının əsas təşkilatçılarından biri olmuş, üsyan

yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir.

14

Gelovani David Aleksandroviç

– (1888-1919), 1918-ci ilin Quba hadi-

sələrinin əsas iştirakçılarından biri, gürcü knyazlarının nəslindən, sosial-demokrat-

menşevik. İnqilabi fəaliyyətinə görə çar hökuməti tərəfindən həbs edilmiş, Sibirə

sürgünə göndərilmişdir. Fevral inqilabından sonra azad edilmiş, 1918-ci ilin

əvvəllərində Qafqaza, sonra Bakıya gəlmişdir. Caparidze vasitəsilə milis işçisi kimi

xidmətə başlamış. 1918-ci ilin aprel ayının ortalarında 200 nəfərlik dəstə ilə Qubaya

gəlmiş, qubalılara Sovet hakimiyyətini tanımaq tələbi ilə ultimatum vermişdir. Ulti-

matum qəbul edildikdən sonra özünü qəza komissarı elan etmişdir. 9 gündən sonra

Quba ləzgilərinin silahlı dəstələrinin təzyiqi altında Quba şəhərini tərk etməli olmuş,

geri çəkilərkən Qubanın xristian əhalisinin böyük hissəsini zorla özü ilə aparmış,

atışma zamanı onların bir hissəsi öldürülmüşdür. Bu hadisə, Amazaspın 3000-lik

silahlı dəstələrinin Qubaya irimiqyaslı hücumu üçün bəhanə olmuş, həmin dəstələr

şəhərin özündə və Quba qəzasının 167 kəndində müsəlman qırğınları törətmişlər.

Gelovani Azərbaycan hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərə-

findən dindirilmiş, iki dəfə ifadə vermiş, lakin müqəssir kimi tanınmamışdır 1918-

ci ilin iyulunda Bakı Sovetinin hakimiyyəti yıxıldıqdan sonra Bakıda qalmış, AXC

Hökuməti yanında Əmək Müfəttişliyində işləmişdir. 1919-cu ildə erməni Sərkis Te-

runts tərəfindən öldürülmüşdür.

15

Srvantsyan Amazasp

– (1873-1921), rus ordusunun keçmiş zabiti,

“Daşnaksütun” partiyasının üzvü, qatı millətçi. Osmanlı İmperiyası Van şəhərində

anadan olmuşdur. Gənc yaşlarından erməni millətçi-terror hərəkatında iştirak etmiş,