247
dəstələrinə qarşı silahlı müqavimətin təşkil edilməsində fəal rol oynamışdır. 1918-
ci il Quba hadisələrini təhqiq edən Fövqəladə Təhqiqat Komissiyasının işində fəal
iştirak etmiş, özü ətraflı şəhadət vermişdir. Sovet hakimiyyətinin ilk günlərində həbs
edilmiş, bütün mülkiyyəti müsadirə olunmuş, lakin özü az sonra azad edilmişdir.
1929-cu ildə “keçmiş qolçomaq” kimi seçki hüququndan məhrum edilmiş, lakin ay
yarımdan sonra hüququnun bərpa edilməsinə nail olmuşdur. Quba qəzasında vəkil
fəaliyyəti ilə məşğul olmuş, həbs olunana qədər Azərbaycan Sovet Respublikasının
Müdafiəçilər Kollegiyasının üzvü olmuş, Az.SSR Ədliyyə Xalq Komissarlığı sistemində
bütün “təmizləmə” proseslərindən keçmişdir. 6 avqust 1937-ci il tarixdə Az.DİXK
Quba Rayon Şöbəsi tərəfindən həbs edilmiş, antisovet təbliğat aparmaqda itti-
ham olunmuşdur. Özünü müqəssir bilməmişdir. 26 avqust 1937-ci il tarixdə Az.SSR
DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzaya-güllələnməyə məhkum edilmişdir.
Ölümündən sonra bəraət almışdır.
11
XanbudaqovƏyyubbəyŞirinbəyoğlu
– (1893-1937),Gəncədəbəyailəsində
anadan olmuş, orada ibtidai təhsil almışdır. Bakı dənizçilik məktəbini bitirdikdən sonra
sərnişin gəmisində xidmət etmişdir. AXC hakimiyyəti dövründə Ədliyyə Nazirliyində
tərcüməçi işləmiş, Quba şəhərinin və Quba qəzasının talan edilməsi haqqında cinayət
işini araşdıran FTK istintaq qrupunun üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra sürətlə yüksək siyasi mənsəblərə çatmışdır. 19 oktyabr 1920 -
19 fevral 1921-ci il tarixdə Azərbaycan Fövqəladə Komitəsinin (FK) sədri olmuşdur.
Nəriman Nərimanovun tövsiyəsi ilə 1921-ci ildə Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin sədri seçilmişdir. Moskva Akademiyasını bitirdikdən sonra Za-
qafqaziya Sosialist Federativ Sovet Respublikasına (ZSFSR) işə göndərilmiş, 1936-cı
ilədək Yüngül Sənaye Xalq Komissarının müavini, habelə Daxili Ticarət Xalq Komissarı
vəzifələrində işləmişdir. 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra “Azərittifaq”ın sədr
müavini olmuşdur. 19 dekabr 1936-cı ildə millətçilikdə ittiham olunaraq Azərbaycan
Daxili İşlər Xalq Komissarlığı tərəfindən həbs edilmişdir. 23 iyul 1937-ci ildə SSRİ Daxili
İşlər Xalq Komissarlığının fövqəladə yığıncağında 5 il müddətinə azadlıqdan məhrum
edilmiş, sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il ta-
rixli səyyar sessiyasında qəbul edilmiş qərarı ilə ölümə məhkum edilmişdir. SSRİ Ali
Məhkəməsinin 26 dekabr 1957-ci il tarixli qərarı ilə ölümündən sonra bəraət almışdır.
12
Zizikski Əli bəy Harun bəy oğlu
– (1876-1929), AXC dövrü milli-
azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü.
Quba qəzasında tanınmış bəy nəslindən, iri mülkədar, keçmiş çar zabiti, Quba
ictimaiyyətinin görkəmli nümayəndələrindən biri, Fevral inqilabından sonra Quba
qəzasının komissarı. Bu dövr Az.SSR-in gələcək rəhbəri M.C.Bağırova himayədarlıq
edərək onu Quba şəhərinin 2-ci hissəsinin komissarı, sonra isə öz köməkçisi təyin
etmişdir. Qəzanın ictimai-siyasi həyatında fəal rol oynamış, “İttihad” partiyasının
Quba şöbəsinin yaradıcılarından olmuşdur. Bakıda və Şamaxıda 1918-ci ilin mart
hadisələrindən sonra Ə.b.Zizikskinin silahlı dəstələri dağıstanlı Nəcməddin Qotsins-
kinin dəstələri ilə birlikdə Bakını və onun müsəlman əhalisini azad etmək məqsədilə
şəhər üzərinə hücumlar etmiş, Bakının girəcəyində - Xırdalanda bolşevik-daşnak
qoşunları ilə vuruşmuş, Qızıl Ordunun sayca bir neçə dəfə üstünlüyü qarşısında geri
çəkilməli olmuşlar. Zizikskinin dəstələri Quba şəhəri birinci dəfə, 1918-ci ilin aprel
ayının ortalarında Gelovaninin bolşevik-daşnak dəstələrindən azad edilməsində
Qeydlər




