Background Image
Previous Page  253 / 324 Next Page
Information
Show Menu
Previous Page 253 / 324 Next Page
Page Background

249

Türkiyə hakimiyyətinin təqiblərindən qorxaraq İrəvana, sonra isə Şuşa şəhərinə

getmişdir. 1905-1907-ci illərdə türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı

qanlı təcavüzkar əməlləri ilə tanınmışdır. 1908-ci ildə digər daşnak xadimlərlə

birlikdə çar hökuməti tərəfindən həbs edilmiş və 15 il müddətinə Sibirə sürgün

edilmişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914-

cü ildə Konstantinopola getmişdir. Birinci dünya müharibəsi zamanı 3-cü erməni

könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və Xizən döyüşlərində

iştirak etmiş, yerli türk əhalisinə qarşı qırğınlar törətmişdir. 1917-ci ilin fevralında

Rusiyada, Alaşkert rayonunda polis dəstələrinin başçısı təyin edilmişdir. 1918-ci ilin

əvvəlində Bakıya gəlmiş, burada erməni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda

Erməni Milli Şurasının üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi

1918-ci il mart-sentyabr aylarında Bakıda və Azərbaycanın regionlarında erməni

silahlı dəstələrinin dinc müsəlman əhaliyə qarşı hücumlarına rəhbərlik etmişdir.

1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman qırğınları törətmişdir.

Xüsusi qəddarlığı ilə ad çıxarmışdır. Başçılıq etdiyi silahlı dəstəni “cəza dəstəsi”,

özünü erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisi adlandırırdı.

Hücuma keçən və 1918-ci ilin sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Or-

dusu və azərbaycanlıların hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini

başsız qoyaraq İrana qaçmışdır. Birinci dünya müharibəsi başa çatdıqdan sonra

Ermənistana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri

təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilmiş,

1921-ci ilin fevralına Yerevan həbsxanasında erməni kommunistlər tərəfindən

öldürülmüşdür.

16

Sənəddə Quba qəzasında

zərərçəkən kəndlərin sayı

düzgün

göstərilməmişdir. FTK-nın sənədlərinə əsasən müəyyən edilmişdir ki, 1918-ci ilin

aprel-may aylarında baş vermiş hadisələr zamanı Quba qəzasında ən azı 167 kəndə

ziyan vurulmuşdur.

17

Quba qəzasının

zərərçəkən kəndlərinin adlarında

səhvlərə yol verilmişdir.

18

Sənəddə 1918-ci il aprel-may aylarında Quba hadisələri zamanı

qətlə

yetirilənlərin və yaralananların sayı

düzgün göstərilməmişdir. Yalnız ayrı-ayrı

cəmiyyətlərin starşinaları tərəfindən təqdim edilmiş adlar göstərilməklə düzülmüş

siyahılar üzrəmüəyyən edilmişdir ki, Quba qəzasının kəndlərindəmüsəlman qırğınları

nəticəsində 580 nəfər qətlə yetirilmiş, 55 nəfər yaralanmış, dağlarda və meşələrdə

sərgərdanlıq vaxtı qorxudan, xəstəliklərdən və aclıqdan 781 nəfər ölmüşdür.

19

Bu rəqəm

, Novatskininməruzəsində qeyd edildiyi kimi, ermənilər tərəfindən

yalnız Quba qəzasının kəndlərinə vurulan zərəri əks etdirir. Sənəddə Quba şəhərinin

sakinlərinə dəyən ziyanın məbləği – 63 703 760 rubl ümumiyyətlə göstərilməmişdir.

20

Şaumyan Stepan Georgiyeviç

– (1878-1918), tanınmış bolşevik xadimi.

1900-cü ildən RSDFP-nin üzvü. 1917-ci ilin mart ayında qiyabi olaraq Bakı fəhlə

deputatları Sovetinin sədri seçilmiş, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri

olmuşdur. 1917-ci ildə “Bakinskiy raboçiy” və “Sosial-demokrat” bolşevik qəzetlərinin

redaktoru. 1917-ci ilin oktyabr ayının əvvəllərində hakimiyyətin Sovetlərin əlinə

keçməsi uğrunda mübarizədə Cənubi Qafqaz bolşeviklərinin taktikasını hazırlayan

Cənubi Qafqaz bolşevik təşkilatlarının birinci qurultayına rəhbərlik etmişdir. 1917-ci

ilin dekabrında RSFSR xalq komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə

Qeydlər