Background Image
Previous Page  259 / 324 Next Page
Information
Show Menu
Previous Page 259 / 324 Next Page
Page Background

255

ayından - onun sədri. 1918-ci il mart ayında bolşeviklərin ali hərbi-siyasi orqanı

– İnqilabı Müdafiə Komitəsinin üzvü. Bakıda 1918-ci il mart hadisələri günlərində

Azərbaycan milli qüvvələrinə qarşı bolşevik-daşnakların mübarizəsini dəstəkləməklə

yanaşı şəhərin dinc müsəlman əhalisinin qırılması və qan tökülməsinin qarşısının

alınması üçün müəyyən fəaliyyət göstərmişdir. 1918-ci ilin iyulunda Bakıda

Sovet hakimiyyətinin süqutundan sonra “Sentrokaspi” hökuməti tərəfindən həbs

edilmişdir. 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları sırasında Zakaspinin

eser hökuməti tərəfindən güllələnmişdir.

37

Əzizbəyov Məşədi Əzim bəy oğlu

– (1876-1918) nəzərdə tutulur. Tanınmış

inqilabçı, bolşevik, Bakı komissarlarından biri, Bakıda fəhlə-bənna ailəsində

doğulmuşdur. 1898-ci ildən RSDFP üzvü. 1905-1907-ci illər inqilabında fəal iştirak

etmiş, “Hümmət” sosial-demokrat qrupunun rəhbərlərindən biri olmuşdur. 1917-ci

ildə Bakı Sovetinin üzvü. Qafqaz müsəlmanlarının 1-ci qurultayının (15-20 aprel

1917-ci il, Bakı) iştirakçısı. 5 aprel 1917-ci ildə Bakı müsəlman sosialist partiyaları

bürosunun sədri, 23 apreldən RSDFP (b) Bakı Komitəsinin təbliğatçılar və təşviqatçılar

kollegiyasının büro üzvü. Bakı XKS-də quberniya komissarı və daxili işlər xalq

komissarının müavini, 1918-ci ilin may ayından Bakı qəzasının kəndli deputatları

Sovetinin icraiyyə komitəsinin sədri. Bakıda Sovet hakimiyyəti yıxıldıqdan sonra

həbs edilmiş, digər komissarlarla birlikdə Bakıdan getməyə cəhd göstərmiş, 26 Bakı

Komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.

38

David Gelovanı

nəzərdə tutulur.

39

İran təbəələri,

etnik türklər - azərbaycanlılar

nəzərdə tutulur. XIX əsrin

ortalarından başlayaraq İranın Azərbaycan vilayətlərindən kütləvi surətdə Qafqaza

iş dalınca gəlirdilər.

40

Şəriət

– islamda hüquqi, əxlaqi-etik və dini qanunlarının sistemləşdirilmiş

toplusu, müsəlmanın davranışının, dini həyatının və hərəkətlərinin hüquqi normaları,

prinsip və qaydaları kompleksi. Dini vəzifələrlə yanaşı dövlət, mülki, cinayət, ailə-

nigah, vərəsəlik, məhkəmə-hüquq normalarını təsbit edir. YII-XII əsrlərdə-Xəlifət

dövrü meydana gəlmiş və işlənib hazırlanmışdır. Quran, sünnə və fiqhə əsaslanır.

41

Sünnilər

– islamda sünnilik, sayca ən böyük cərəyanın ardıcılları, şiələr

kimi monoteist olub, Allahı, Quranı, Məhəmməd Peyğəmbəri qəbul edirlər, lakin

şiələrdən fərqli olaraq xəlifətdə ali hakimiyyətin cəmiyyət tərəfindən seçilən xəlifəyə

mənsub olmasını qəbul edirlər. Hüquqi qərarların prinsiplərində, dini bayramların

xarakterində, başqa dinlərin nümayəndələrinə münasibətdə, ibadətin təfsilatında,

mülki hüquqda və s. məsələlərdə şiələrlə ciddi fərqləri vardır.

42

Şiələr

– islamda şiəlik, sünniliklə yanaşı ikinci böyük cərəyanın ardıcılları.

Allahı, Məhəmməd peyğəmbəri, Quranı, sünnələrin çoxunu qəbul edirlər, lakin

sünnilərdən fərqli olaraq müsəlman cəmiyyətində hakimiyyətin insanlar tərəfindən

seçilən xəlifələrə deyil, İmamlara - Peyğəmbərin seçmə varislərinə mənsub olduğunu

hesab edir, Əli ibn Əbu Talibi və onun Fatimədən olan xələflərini Məhəmməd

peyğəmbərin yeganə qanuni varisləri sayırlar.

43

Təkinski Məmməd Xan

– (1880-1938), AXC dövründə dövlət xadimi,

hüquqşünas, andlı iclascı. Milliyətcə türkmən, Axal-Təkə qalasına hücumdan son-

ra, 1881-ci ildə Göytəpə rayonunda gedən rüs-türkmən döyüşləri zamanı rus or-

dusunun polkovniki Ehsan Xan Naxçıvanski tərəfindən xilas edilmiş və övlad-lığa

Qeydlər