Background Image
Previous Page  258 / 324 Next Page
Information
Show Menu
Previous Page 258 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

254

hissəsinin milis rəisi, sonra isə Zaqafqaziya Seyminə tabe olan Qəza komissarının

köməkçisi olmuşdur. Amma, artıq 1918-ci ilin martında onun adı Fövqəladə Təhqiqat

Komissiyasının Quba hadisələrinə aid sənədlərində həm Gelovani, həm də Amaza-

spla əməkdaşlıq edən “bolşevik” kimi çəkilir. Bağırovun etirafına görə, o, həqiqətən

həmin hadisələrin qeyri-ixtiyari iştirakçısı olmuşdur. Ehtimal olunur ki, Amazaspın

dəstələrinin vəhşilikləri barəsində onun tərəfindən Caparidzeyə göndərilən tele-

qram Quba qəzasında müsəlman qırğınlarının dayandırılmasında müəyyən rol

oynamışdır. 1918-ci ildə Qubadan gedərək bolşeviklərin sıralarına qoşulmuş, 1919-

cu ildə S.M.Kirovun başçılığı ilə Həştərxan üsyanının yatırılmasında iştirak etmişdir.

Azərbaycana sovet hakimiyyəti qurulduqdan sonra qayıtmış, 1920-ci ildə Qarabağ

vilayətinin İnqilab komitəsinin sədr müavini, sonra Azərbaycan atıcılıq diviziyasının

hərbi komissarı, Azərbaycan atıcılıq diviziyasının Hərbi Tribunalının sədri və 11-ci

Ordunun Hərbi tribunalının sədr müavini olmuşdur. 1921-1930-cu illərdə Az.DİXK

Azərbaycan Fövqəladə Komitəsi - Dövlət Siyasi İdarəsinin sədri, Daxili İşlər xalq

komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini (təsərrüfat

sahəsində işlədiyi 1927-1929-cu illərdəki fasilə nəzərə alınmaqla ) olmuşdur. 1932-ci

ildən – Azərbaycan SSR XKS-nin sədri. 1933-cü il 15 dekabr tarixdə Azərbaycan KP

MK-nın və partiyanın Bakı şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1940-cı ilə qədər

Bağırov tərəfindən Azərbaycanda həyata keçirilmiş Stalin repressiyaları nəticəsində

on minlərlə azərbaycanlı və digər millətlərin nümayəndələri həlak olmuşdur. 1937-

1953-cü illərdə ÜK(b)P MK-nın üzvü (1934-cü ildən namizəd olmuşdur), 6 mart-7

iyul 1953-cü il tarixdə Sov.İKP MK Rəyasət heyəti üzvlüyünə namizəd, 1953-cü il 6

aprel tarixdə Az.KP birinci katibi vəzifəsindən azad edilmiş, Azərbaycan SSR Nazirlər

Sovetinin sədri seçilmişdir (avqust ayına qədər). Beriya həbs edildikdən sonra, Sov.

İKP MK-nın iyul Plenumunda (1953-cü il) ona qarşı tənqidlə çıxış etmişdir. Buna

baxmayaraq, Sov.İKP MK-nın tərkibindən və Sov.İKP MK Rəyasət heyətinə üzvlüyə

namizədlikdən azad edilmişdir. 1953-cü ilin oktyabrında SSRİ Neft Sənayesi Nazirliyi

“Kuybışevneft” birliyinin rəis müavini təyin edilmişdir. 13 mart 1954-cü il tarixdə Sov.

İKP MK yanında PNK-nın qərarı ilə partiyadan və Sov.İKP MK üzvlüyündən çıxarılmış

və həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 26 aprel 1956-cı il

tarixli qərarı ilə sosialist qanunçuluğunu pozduğuna görə ölümə məhkum edilmişdir.

Sov.İKP MK Rəyasət Heyəti 7 may 1956-cı ildə bu qərarla razılaşmış, 12 may 1956-

cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti onun əfv edilməsi haqqında ərizəsini rədd

etmişdir. 26 may 1956-cı ildə güllələnmişdir.

35

Estman Eduard Lüdviqoviç

– (?-?), barışdırıcı hakimin köməkçisi, Quba

qəza istintaq sahəsinin rəisi. Gelovaninin dəstələri Qubadan gedərkən şəhəri tərk

etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən 1 iyul

1918-ci il tarixdən vəzifədən və xidmətdən azad edilmişdir. Sonrakı taleyi məlum

deyildir.

36

Caparidze Prokofiy (Alyoşa) Apraksionoviç

– (1880–1918), tanınmış

bolşevik xadimi, 1917-ci il Fevral inqilabından sonra RSDFP Bakı Komitəsinin və Bakı

fəhlə və əsgər deputatları sovetinin tərkibinə daxil olmuşdur. 1917-ci ilin iyulun-

da RSDFP-nın VI qurultayında Bakı bolşevik təşkilatından nümayəndə. 1917-ci ilin

sentyabrında Bakı neft sənayesi fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. 1917-

ci il dekabr ayından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci il yanvar