Background Image
Previous Page  260 / 324 Next Page
Information
Show Menu
Previous Page 260 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

256

götürülmüşdür. 1901-ci ildə 1-ci Tiflis oğlanlar gimnaziyasını bitirmiş, 1901-1908-

ci illərdə fasilələrlə Novorossiyski Universitetinin əvvəlcə fizika-riyaziyyat, sonra isə

hüquq fakültəsində oxumuşdur. Cənubi Qafqazın şəhərlərində, o cümlədən Bakıda

məhkəmə orqanlarında işləmişdir. Azərbaycan cəmiyyətinin kübar dairələrinə daxil

idi. 1918-ci ilin sentyabrında andlı iclasçı kimi AXC hökuməti tərəfindən yaradılmış

Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı və

kəndlərində, Şamaxıda 1918-ci il mart hadisələrini araşdıran istintaq qrupunda

işləmişdir. Ə.Xasməmmədov müvəqqəti olmadıqda FTK sədrinin vəzifəsini yerinə

yetirmişdir. 29 yanvar - 10 oktyabr 1919-cu il tarixdə AXC-nin Ermənistanda diplomatik

nümayəndəsi olmuşdur. 1919-cu ilin 11 oktyabr - 1920-ci il 28 aprel tarixinədək AXC

Xarici İşlər nazirinin müavini olmuşdur. Azərbaycan sovetləşdirildikdən sonra, əvvəlcə

Azərbaycan SSR XİXK-da işləmiş, 1922-ci ildən Ədliyyə XK yanında Müdafiəçilər

Kollegiyasının üzvü olmuşdur, 1926-cı ildə onun tərkibindən çıxarılmışdır. Sovet dövlət

idarələrində hüquq məsləhətçisi işləmişdir. 1937-ci il 18 noyabr tarixdə Az.DİXK Dövlət

Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, milli, qiyamçı-terror təşkilata

mənsub olmaqda ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir.

15 mart 1938-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzaya-

güllələnməyə məhkum edilmiş, hökm həmin il martın 21-dən 22-nə keçən gecə

yerinə yetirilmişdir. 1955-ci ildə bəraət almışdır.

44

Kluqe Aleksandr Yevgenyeviç

– (1879-1919), hüquqşünas, kollec ases-

soru, milliyyətcə alman, Novorossiyski universitetinin hüquq fakültəsini bitirmişdir,

1903-1906-cı illərdə Tiflis Məhkəmə Palatasında müxtəlif vəzifələrdə, 1906-cı ilin

iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəməsinin Aleksandropol şöbəsinin

Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1908-ci il yanvar-noyabr aylarında Alek-

sandropol qəzasının 2-ci istintaq şöbəsinə, Bambak İstintaq-barışdırıcı şöbəsinə

rəhbərlik etmişdir. 1908-ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci

Poletski qəza şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8

dekabr 1908-ci ildən ölümünə qədər Bakı dairə məhkəməsində prokuror köməkçisi

işləmişdir. 1918-ci ilin iyul ayında AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat

Komissiyasının tərkibinə daxil edilmişdir. Bakı və kəndlərində, Şamaxıda 1918-

ci ilin mart hadisələrini araşdıran istintaq qrupunda işləmişdir. Ə.Xasməmmədov

olmadıqda FTK sədrinin vəzifəsini yerinə yetirmişdir. İşlərin azalması ilə əlaqədar

olaraq 1919-cu ilin may ayının 8-də FTK üzvlüyündən azad edilmiş və Bakı Dairə

Məhkəmə Prokurorunun köməkçisi vəzifəsinə qayıtmışdır. 28 oktyabr 1919-cu il

tarixdə Bakı şəhərində qarın yatalağı xəstəliyindən vəfat etmişdir.

45

Fövqəladə Təhqiqat Komissiyasına

Quba şəhərinin bütün 4 məhəlləsinə

dair əhaliyə dəymiş ziyanlar haqqında siyahılar təqdim edilmişdir.

46

Pasxa

- xristianlarda və yəhudilərdə qədim dini bayram. İbadət ilinin ən

mühüm bayramı. Xristianlarda İsa Məsihin ölümü və dirilməsinin yad edilməsi

kimi qeyd olunur. Xristian kilsələrində bu bayramın keçirilməsi vaxtı ilə əlaqədar

mövcud olan ziddiyyətlər nəticəsində hər il ay-günəş təqviminə uyğun olaraq

müəyyənləşdirilir, bu da Pasxanı keçici bayram edir. Əsasən aprel ayının sonlarına

düşür. Yəhudilərdə Pasxa (Pesax) İsrailin Misirdən çıxışı - Misir köləliyindən azadlığa

çıxmağın yad edilməsi kimi qeyd edilir. Bu bayram yaz ayı nisanın (aprel) 14-cü günü

başlayır və 7 gün İsraildə, 8 gün ondan xaricdə qeyd edilir.