Background Image
Previous Page  114 / 324 Next Page
Information
Show Menu
Previous Page 114 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

110

kimi seçki hüququndan məhrum edilir, lakin ay yarımdan sonra Əli Abbas

bəy bu hüququn bərpa edilməsinə nail olur. Hələ çar vaxtından məhkəmə

orqanlarında iş təcrübəsinə malik olan Ə.b.Əlibəyov vəkillik fəaliyyəti ilə

məşğul olmağa başlayır və 1937-ci ildə həbs edilənə qədər Azərbaycan

Sovet Sosialist Respublikası Müdafiəçilər Kollegiyasının üzvü olur. İstintaq

vaxtı Az.DİXK müstəntiqi tərəfindən Əlibəyovun nəinki “təqsiri” sübut edilmir,

hətta ona qarşı konkret olaraq hansı ittihamın irəli sürüldüyü belə axıra qədər

dəqiq ifadə olunmur. Bununla belə Əli Abbas bəy aşağıdakılarda “müqəssir”

bilinir: “Müsavat hökuməti dövründə keçmiş qəza rəisi, böyük müsavatçı Xan

Xoyski (Əmirxan) ilə sıx əlaqədə olmuşdur və bu sonuncu tərəfindən şəhər

rəisi təyin edilmişdir. Sovetləşdirilmədən sonra qolço-maqlıqdan salınmış və

seçki hüququndan məhrum edilmişdir. Mütəmadi surətdə təbliğatla məşğul

olmuş, mövcud quruluşa qarşı narazılığını bildirmişdir. Öz söhbətlərində tez-

tez Müsavat dövrünü xatırlayır və hər dəfə keçmiş Müsavat hakimiyyətinin

qayıtması arzusunu bəyan edir”. (335)

Bu sətirlər artıq Az.DİXK Xüsusi Üçlüyünün 26 avqust 1937-ci il ta-

rixli iclasının Protokolunda yer almışdı və onların əsasında həbsindən cəmi

20 gün sonra müttəhim haqqında hökm çıxarılır. Qeyd edilməlidir ki, “sovet

hakimiyyətinə qarşı təbliğatda” ittiham yalnız qondarma şahidlərin ümumi

və sübutsuz ifadələri üzərində qurulmuş və heç bir konkret fakt ya dəlillə

əsaslandırılmamışdı, “müttəhim Əlibəyov isə ona qarşı irəli sürülən ittiham-

larda özünü müqəssir hesab etməmişdi”. Bununla belə, hökm birmənalı idi:

“Güllələnsin. Əmlakı müsadirə olunmaqla”. Hökm bir həftədən sonra yerinə

yetirilmişdi, hərçənd Əli Abbas bəyin taleyindən xəbərsiz olan ailəsi 1940-

cı ildə ittifaq üzrə DİXK orqanlarına onun işinə yenidən baxılması xahişi ilə

müraciət edərkən Az.DİXK Quba Rayon Şöbəsinin rəisinə belə bir göstəriş

gəlmişdi ki, Əlibəyovun ailəsinə bu məzmunda xəbər verilsin: “1937-ci ildə

Ə.b.Əlibəyov 10 il müddətinə məhkum edilmiş və qohumları ilə yazışmaq

hüququ olmadan xüsusi rejimli düşərgəyə göndərilmişdir”. Bu fakt Sovet

hakimiyyət orqanlarının, hər şeydən əlavə, həm də həyasızlığının ən bariz

nümunəsi idi. (336)

Bununla belə, Əli Abbas bəy Əlibəyovun istintaq materiallarından

göründüyü kimi, bütün bu istintaq, o cümlədən bütün arayışlar, dindirmə

protokolları, şahid ifadələri və s. sənədlər, hamısı birlikdə işdə olan yalnız bir

- kiçik, lakin çox mühüm - vərəqənin ətrafında formal quraşdırmadan başqa

bir şey deyildi. Həmin vərəqə isə, “Az.SSR DİXK-nın “aradan götürmək” üzrə

təsdiq olunmuş Siyahısından Çıxarış (siyahı № 1, kateqoriya 1, sıra № 42)”

idi. 42 № sıra sayı altında Əli Abbas bəy Əlıbəyovun adı gəlirdi, 1-ci kate-

qoriya isə - cəza növünü nəzərdə tuturdu. (337)

Belə bir vərəqə - “Az.SSR DİXK-nın Quba rayonu üzrə təsdiq olunmuş

Siyahısından Çıxarış” ilə Quba şəhərinin digər sakini – Məşədi Hacı Ağa