161
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
eşidildi və o, ölü düşdü. Mən, arvadım Hökümə Kərbəlayı Cəfər qızı və
iki qızımız – 14 yaşlı Hökümə və 6 yaşlı Bəsrə evdə oturmuşduq və çay
içirdik. Ermənilər evimizə girdilər və heç bir səbəbsiz bizə birdən atəş
açdılar. Qızım Hökümə yerindəcə öldü, mən sol baldırımdan, arvadım
sol qolunun biləyindən yaralandı, qızım Bəsrə isə sol çiynindən və
sol ayağından yaralandı. Arvadım onu qucaqlayaraq sinəsinə sıxdı.
Ermənilərdən biri xəncərini çıxarıb qızımın başına elə bərk vurdu ki,
onun sifətini boğazınadək çapdı. Qızım ölü düşdü. Mən və arvadım
huşumuzu itirdik. Lakin arvadım bir azdan özünə gəldi və ermənilərə
yalvarmağa başladı ki, onu da öldürsünlər ki, öz qızlarının meyitlərini
görməsin. Ermənilər cavabında dedilər ki, onu öldürməyəcəklər,
çünki, qoy qızlarının meyiti qarşısında gündə üç dəfə ölüb-dirilsin.
Onlar eyni zamanda süngü ilə arvadımın boynunu bir neçə yerdən
deşməklə, ona kiçik yaralar vurdular. Məni isə döydülər. Sonra, heç
nə götürmədən çıxıb getdilər. Qonşu Hacı Balanın evindən qışqırıq
səsləri eşitdim. Məlum oldu ki, ermənilər onun özünü, arvadını və
oğlunu qətlə yetirmiş və evlərini yandırmışlar. Onların meyitlərinin
odun içində yandığını öz gözlərimlə gördüm. Üçüncü gün xəbər
yayıldı ki, sülh bağlanmışdır. Mən erməni kilsəsinin yanındakı mey-
dana getdim. Orada çoxlu adam-müsəlmanlar yığılmışdı. Ermənilərin
başçısı, adı yadımda qalmayıb) bizə bəyan etdi ki, ona bizim hamımızı
öldürmək əmr edilmişdir, lakin o bunu etmir və buna görə bizdən dinc
yaşamağı rica edir. Mən evə qayıtdıqda, gördüm ki, bir neçə erməni
mənim bütün daşınan əmlakımı arabaya yükləyir, yararsızlarını isə
yırtır və məhv edir. Mən onlara yalvardım ki, mənə heç olmasa bir
yorğan saxlasınlar, lakin onlar mənə rədd cavabı verdilər. Ermənilərin
arasında bizim qubalı erməniləri, Arutyun Karapet oğlunu, özünün
iki oğlu və qardaşı oğlu ilə birlikdə gördüm. Ermənilər mənə 30 min
dəyərində ziyan vurmuşlar.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 24




