Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
162
Sənəd № 52
Protokol
1918-ci il, 13 dekabr, Quba şəhəri.
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasının dəftərxa-
nasına bu şəhərin sakini Məmməd Musa Məmməd Əli oğlu gəldi və
bir yazı vərəqi təqdim edərək bildirdi ki, yazıda Quba şəhərinin sa-
kini, Asəf Vahabovun anası Ağa Xanım Turab qızının orada ermənilərin
Quba şəhərinə hücumu zamanı yaralandığı və hazırda Bakı şəhərində
müalicədə olunduğu göstərilir.
Komissiyanın üzvü: А.Novatski (imza)
Qeyd:
Asəf Vahabovun anası – Ağa Xanım Turab qızı, hər iki qo-
lundan yaralanmışdır, Bakıda müalicə olunur və hələ də sağalmamışdır.
AR DA, f. 1061, s. 1, iş 96, v. 25-26
Sənəd № 53
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
MəşədiHüseynQuluSultanov, 70yaşlı,Qubaşəhəri sakini, savadlı.
Ermənilərin Quba şəhərinə hücumu zamanı mən meşəyə
qaçmışdım və orada bir neçə gün, onlar gedənədək gizlənirdim.
Şəhərə qayıtdıqdan sonra öz evimi, anbar və dükanlarımı, mallarla bir
yerdə, yandırılmış gördüm. Mənim evimdən başqa şəhərin ən yaxşı
evləri də yandırılmışdı. Mən hələ də yığışdırılmamış kişi, qadın, qız,
uşaq cəsədləri gördüm. Bəzilərinin cəsədi eybəcər hala salınmışdı:
onların ayaqları, əlləri kəsilmiş, bədənləri xəncərlə doğranmış və
süngü ilə deşilmişdi. Müsəlmanların ermənilər tərəfindən bu cür
vəhşiliklə və kütləvi şəkildə öldürülməsinin səbəblərini mən izah edə
bilmirəm. Mən tamamilə müflisləşmişəm. Ermənilər mənə rublun in-
diki məzənnəsi ilə milyon yarıma qədər ziyan vurublar. Əlavə heç nə
deyə bilmərəm.




