Background Image
Previous Page  190 / 324 Next Page
Information
Show Menu
Previous Page 190 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

186

qalmışdım. O zaman orda hakimiyyət bolşeviklərin əlində idi. Onların

başçılarından Caparidze adlı birisi mənə milis müfəttişi vəzifəsini

təklif etdi. Mən razılaşdım və İcraiyyə komitəsi tərəfindən bu vəzifəyə

təyin edildim. Bakıda mart hadisələrindən sonra mənə dəmir yolu-

nun Qudermes stansiyasına qədər düzgün hərəkətini bərpa etmək

tapşırılmışdı. Mən arxamla gələn əsgər eşelonu ilə parovozda irəli

yollandım. Yol boyu eşelonun yaxınlaşdığını görən müsəlman əhalisi

kəndləri tərk edir və qaçırdılar. Mən müsəlmanları saxlayır və yerlərində

qalmaları üçün dilə tuturdum, çünki onları heç bir təhlükə gözləmirdi.

Mənim eşelonum rus və ermənilərdən ibarət idi, amma yarıdan ço-

xunu ermənilər təşkil edirdi. Dəstədə iki min nəfərə yaxın adam var

idi. Biz Xaçmaz stansiyasına gəlib çatdıqda, bizim qatara minmiş

hansısa iki erməni burada, stansiyanın yaxınlığındakı meşədə, köhnə

Xaçmazın olduğu yerdə 120-yə yaxın kişi, qadın və uşaq meyitlərini

aşkar etdilər, meyitlər arasında rus tiplilər də var idi, amma əksəriyyəti

ermənilər idi. Mən həmin yerə getmişdim və meyitləri görmüşəm,

lakin hal-hazırda bu yeri göstərə bilmərəm. Eşelon bu xəbərdən

hiddətlənmişdi və həyəcanlanmağa başlamışdı. Eşelon Quba şəhərinə

getmək və bu hadisəyə görə onu dağıtmaq istəyirdi, çünki eşelonun

məlumatına görə, bu adamlar Şıxlar bəyləri tərəfindən öldürülmüşdü.

Mən eşelonun çətinliklə saxlayırdım. Mənim və komissarların təsiri

altında, həmçinin qubalıların danışıqlar aparmaq üçün Qubadan

nümayəndə heyəti göndərməsi haqqında alınan telefon məlumatı

nəticəsində, eşelon Qubaya getmək niyyətindən daşındı. Eşelon məni,

neytral şəxs kimi, qubalıların 2 saat ərzində bolşevik hakimiyyətinə

tabe olması ultimatumu ilə Qubaya göndərməyi qərara aldı. Üç

nəfərdən ibarət nümayəndə heyəti gəlib çıxdı və bildirdi ki, qubalılar

bolşeviklərin hakimiyyətini tanıyır və onları dəstəkləyəcəklər. Son-

ra özünü qətiyyətlə bolşevik adlandıran başqa nümayəndə heyəti

gəldi. Mən Quba şəhərinə gəldim və qubalılara təklif etdim ki, mənə

iki saat ərzində cavab versinlər: sovet hakimiyyətinə tabe olurlar ya

yox, və onlara dedim ki, rədd cavabının nəticələrinə görə cavabdeh

deyiləm. Qubalılar bir neçə nümayəndə seçdilər və onlar, bolşevizm

ideyalarının Şəriətə

40

zidd olmadığı barədə sünni və şiə məzhəblərinin

dini rəhbərlərindən təsdiq aldıqdan sonra, Sovet hakimiyyətinə tabe

olduqlarını bildirdilər. Mən Quba nümayəndələrini ümumi şəkildə

bolşevizm ideyaları ilə tanış etdim. Mən bu barədə Xaçmazdakı

eşelonların komissarlarına məlumat verdim. Mən bir müddət Qubada