Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
250
Fövqəladə komissar təyin edilmiş, 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları
Sovetinin sədri olmuşdur. Bakıda 1918-ci ilin mart hadisələri zamanı Bakı şəhərinin
və onun ətraf kəndlərinin, habelə Azərbaycanın digər qəzalarının azərbaycanlı
əhalisinin kütləvi şəkildə qırılmasını həyata keçirən bolşevik-erməni qüvvələrini
bilavasitə mərkəzdən idarə etmişdir. 1918-ci ilin aprel ayının sonlarında Amazaspın
cəza dəstəsinin Quba qəzasına göndərilməsinin və orada müsəlman qırğınları
törədilməsinin təşəbbüskarı olmuşdur. Bakıda Sovet hakimiyyəti yıxıldıqdan sonra
1918-ci ilin iyul ayında “Sentrokaspi Diktaturası” hökuməti tərəfindən həbs edilmiş,
sentyabrın əvvəllərində digər komissarlarla birlikdə Bakıdan qaçmağa və Rusi-
yaya getməyə cəhd göstərmiş, 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları
sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
21
Korqanov (Korqanyan) Qriqoriy Nikonoviç
– (1886-1918), tanınmış
bolşevik xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu
təşkilatlarının yaradılmasında fəal iştirak etmişdir. Bakıda 1918-ci ilin mart hadisələri
zamanı şəhərin müsəlmanlar yaşayan məhəllələrində hərbi əməliyyatlar aparan və
dinc azərbaycanlı əhalini qıran Qızıl Ordunun bolşevik-daşnak briqadalarının hərbi
əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı xalq komissarları
Sovetinin hərbi-donanma işləri üzrə xalq komissarı olmuşdur. Şaumyanla birlikdə
hərbi komissar kimi Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilməsi və
onların məhz erməni əsgərlərindən ibarət olması haqqında qərar qəbul etmişdir.
Türk-azərbaycanlı qoşunlarının Bakıya hücumu zamanı şəhərin müdafiəsinin
təşkilatçılarından biri olmuşdur. 26 Bakı Komissarları sırasında güllələnmişdir.
22
Daşnaksütun (İttifaq)
– Erməni milli-burjua partiyası, 1890-cı ildə Tiflis-
də yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif təbəqələri, lider-
ləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. Yaradılarkən partiyanın
əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi və Türkiyə ərazisində müstəqil
erməni dövlətinin yaradılması ideyasında ifadə olunmuş, bu ideyanın həyata
keçirilməsi uğrunda bütün mübarizə üsulları, silahlı mübarizə və terror da daxil
olmaqla, məqbul sayılmışdır. Birinci dünya müharibəsi dövründə çar hökumətinin
militarist-hərbçi siyasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz
cəbhəsi rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnaklar
Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu oynamışlar.
Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin “vahid, ümumi
vətəninin” yaradılması ideyasını irəli sürməklə, silahlı çıxışlar və terror aktları yolu ilə,
həmçinin qərb dövlətlərinin köməyi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan,
Türkiyənin – ərazıləri hesabına “Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq
dənizinədək – dövləti yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından
sonra Zaqafqaziya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər.
Partiyanın Bakı təşkilatının öz MK-sı və rus dilində “Vperyod” çap orqanı var idi.
1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şurasının 50 üzvündən 17
nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri olmuşdur. Bakı Kommunasının
hakimiyyəti qurulan dövr S.Şaumyan başda olmaqla Bakı Soveti ilə ittifaqa girmiş,
1918-ci ilin mart hadisələrində birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha
sonra Azərbaycanın digər qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər.
1918-ci ilin may ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan




