Background Image
Previous Page  256 / 324 Next Page
Information
Show Menu
Previous Page 256 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

252

yazışmalarını aparmışdır, dövlət qulluğunda işləməmişdir. Komissiya 1919-cu ilin

noyabrında ləğv edilənədək onun tərkibində qalmışdır. Sovet hakimiyyətinin ilk

illərində Ali Tribunal yanında İstintaq Komissiyasının üzvü olmuşdur. Sonrakı taleyi

məlum deyil.

25

Qeyd

Sovet hakimiyyəti dövründə edilmişdir.

26

Cəfərov Məmməd Yusif Hacıbala oğlu

– (1885-1938), görkəmli ictimai-si-

yasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti sədrinin köməkçisi.

Bakı kişi gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. IV

Dövlət Dumasının deputatı, Rusiyada Fevral inqilabından sonra Müvəqqəti hökumət

tərəfindən yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları

qurultayının işində iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya

Komissarlığında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman

fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Müvəqqəti Milli

Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci il tarixdə Azərbaycanın

müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvlərindən

biri. Birinci Azərbaycan Hökumətində ticarət və sənaye naziri, 1918-ci ilin iyu-

nunda hökumət istefaya getdikdən sonra Azərbaycanın Gürcüstanda diplomatik

nümayəndəsi (iyun 1918-ci il – mart 1919-cu il). Dördüncü Azərbaycan Hökumətində

Xarici işlər naziri. 1920-ci ilin fevralından aprel ayınadək Azərbaycan Parlamenti

Sədrinin birinci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan son-

ra təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı şəhərində

vəfat etmişdir.

27

Vəkilov Məmməd Ağa Mustafa Ağa oğlu

– (1862-1941), maarifçi, ic-

timai xadim. Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1883-cü ildə Qori

gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori seminariyasında

müəllim işləmişdir. Kutaisi hərbi Qubernatorluğunda mülki müşavir rütbəsində,

Qafqaz Canişininin dəftərxanasında, hərbi-xalq məsələləri üzrə İdarənin Xüsusi

şöbəsində mülki kollec asessoru rütbəsində tərcüməçi işləmişdir. Qafqaz canişini

Vorontsovun təşəbbüsü ilə 20 fevral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman

danışıqlarında Qafqaz türk-müsəlman xalqlarının nümayəndə heyətinə daxil idi.

1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş,

birinci dünya müharibəsi dövründə müxtəlif tədris müəssisələrində müəllimlik

etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Parlamentində dəftərxana müdiri

olmuşdur. Sovet hakimiyyətinin ilk illərində qızlar gimnaziyasında dərs vermiş,

təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.

28

İl düzgün göstərilməyib,

1921-ci il olmalıdır.

29

Şollar su kəməri

– Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin

Tağıyevin təşəbbüsü və qismən vəsaiti ilə tikilmişdir. 1899-cu ildə bu məqsədlə

Frankfurt-Maynda şəhərindən Avropa şəhərlərində su kəməri çəkilməsi sahəsində

təcrübəsi olan tanınmış mühəndis Vilyam Lindley Tağıyev tərəfindən Bakıya dəvət

edilmişdir. Müəyyən axtarışlardan sonra Lindley Quba ətrafında, Şollar kəndində

şəhərin su təchizatı üçün tam kifayət edəcək çox saylı və bol sulu artezian quyuları

olan su mənbəyi tapmışdır. 1904-cü ildə su kəmərinin tikintisi haqda qərar qəbul

edilmiş, işə qubernatorluq və şəhər duması da cəlb olunmuş və yalnız Rusiya

imperiyası nazirlər şurası tərəfindən 1909-cu ilin sonlarında Bakı su kəmərinin