Background Image
Previous Page  255 / 324 Next Page
Information
Show Menu
Previous Page 255 / 324 Next Page
Page Background

251

hökumətini təşkil və ona başçılıq etmişlər. AXC dövründə öz mövqeyini və təsirini

itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrıca fraksiya ilə təmsil

olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixdə Ermənistan Respublikasının ha-

kim partiyası olmuşdur. Ermənistan sovetləşdirildikdən sonra qeyri-leqal vəziyyətə

keçmiş, üzvlərinin əsas hissəsi mühacirət etmişdir.

23

Şamaxı hadisələri nəzərdə tutulur.

1918-ci il 30 (18) mart Bakı hadisələri

ilə demək olar ki, eyni vaxtda Şamaxı qəzasında azərbaycanlı qırğınları başlanmışdır.

Şamaxı şəhəri iki dəfə - əvvəlcə Bakıdan göndərilmiş bolşevik-erməni qoşunları və

yerli erməni və molokan əhalisindən ibarət hərbi birləşmələr tərəfindən irimiqyaslı

hücuma məruz qalmış, şəhərinin müsəlmanlar yaşayan hissəsi əsasən yandırılmış,

3 minə yaxın azərbaycanlı əhali vəhşicəsinə qətlə yetirilmiş və qarət edilmişdir.

Qırğınlardan 4 gün sonra İsmayıl Xan Ziyadxanovun başçılıq etdiyi bir neçə

yüz atlıdan ibarət Gəncə qoşunları Şamaxıya köməyə gəlmiş, erməni-molokan

dəstələri şəhəri tələsik tərk etmişlər. Gəncə qoşunları erməniləri təqib etmiş, onların

qərargahının yerləşdiyi Mədrəsə kəndində onlarla vuruşmuş, ermənilər molokan

kəndi Qozlu-Çaya çəkilmişlər. İsmayıl Xanın molokanlarla ermənilər təhvil verilməsi

və müsəlmanlara qarşı hərbi əməliyyatların dayandırılması haqqında molokan-

larla apardığı danışıqlar nəticə verməmişdir. Bakıdan Şamaxıya böyük sayda hərbi

sursat və yaxşı silahlanmış 3 minlik erməni ordusunun gəldiyini öyrənən İsmayıl

Xan, qoşunları ilə birgə Şamaxını tərk etməyə məcbur olmuş, Şamaxının bütün

müsəlman əhalisinə müvəqqəti olaraq şəhərdən çıxmağı məsləhət görmüş, əhalinin

böyük hissəsi Gəncə qoşunları ilə birlikdə getmişdir. 1918-ci il aprel ayının təxminən

10-da Stepan Lalayev, Tatevos Əmirov və d. başçılıq etdiyi seçmə erməni hərbi

birləşmələri Şamaxıya ikinci dəfə hücum edərək bütün müsəlman məhəllələrini,

azərbaycanlıların erməni məhəlləsində olan evlərini, şəhərdəki bütün 13 məscidi,

o cümlədən 800 illik tarixi olan məşhur Cümə məscidini, azərbaycanlılara məxsus

bütün ticarət və mülki obyektlərini tamamilə yandıraraq qədim şəhəri xarabazarlığa

çevirmişlər. Şəhərdə 5 min evdən yalnız 4-5 bina, o cümlədən erməni və rus kilsələri

salamat qalmışdır. Minlərlə dinc azərbaycanlı əhali, o cümlədən qadınlar, uşaqlar,

qocalar görünməmiş qəddarlıqla qətlə yetirilmiş, evlərində və sığınacaq tapdıqları

məscidlərdə diri-diri yandırılmışlar. Şamaxı şəhərinin 21.127minmüsəlman əhalisinin

8 min nəfərdən çoxu öldürülmüş, şəhərə və sakinlərə vurulan maddi zərər 1 milyard

manatdan artıq təşkil etmişdir. Qırğınlar həmçinin Şamaxı qəzasının kəndlərini də

əhatə etmiş, ümumilikdə 110 azərbaycanlı kəndi yandırılmış, dağıdılmışdır və ziyan

çəkmişdir. Kəndlərdə yalnız hücumlar nəticəsində və əsirlikdə, 4359 nəfəri qadın və

uşaq olmaqla, 10.341 min nəfər dinc sakin qətlə yetirilmişdir. Bir neçə ay dağlarda,

meşələrdə, çöllərdə sərgərdanlıq edən kənd əhalisi, həmçinin başqa şəhər və

qəzalara üz tutmuş qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəlikdən ölənlərin

sayı on minlərlə ölçülürdü. Şamaxının müsəlman kəndlərinin əhalisinə vurulan mad-

di zərər 607.167.420 rubl. təşkil etmişdir.

24

Aleksandroviç (Litovski) Aley Adamoviç

– (1882-?), hüquqşünas,

milliyətcə litva tatarlarından. 1919-cu ilin sentyabrında Azərbaycan dairə Məhkəmə

Palatasının andlı iclasçılar sırasına daxil edilmişdir. 5 dekabr 1918-ci ildə Məmməd

Xan Təkinskinin məsləhəti ilə AXC Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-

siyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı qrupunda işləmişdir, Komissiyanın

Qeydlər