253
tikintisi üçün 27 milyon rubl məbləğində beş faizli istiqrazların buraxılması haqda
qərar qəbul edildikdən sonra layihə təsdiq edilmişdir. 1911-ci ildə kəmərin birinci
növbəsinin tikintisinə başlanmış, Bakı neft sənayeçiləri H.Z.Tağıyevdən ibrət alaraq
bu işə böyük məbləğdə pullar ayırmışlar. 1916-cı ilin sonlarında Bakıyadək 175 km.
uzunluğunda saxsı borulardan ibarət yeraltı su kəmərinin tikintisi başa çatmışdır.
Şollar su kəməri 1917-ci ilin yanvar ayında istifadəyə verilmiş, bu hadisə şəhərdə
təntənə ilə qeyd olunmuşdur.
30
Novruz Bayramı
– Türk və İran xalqlarında bahar bayramı və yeni ilin
başlanması. Fars dilindən tərcümədə “yeni gün” deməkdir. Astronomik yazın
başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də)
keçirilir: Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Türkiyə və
Özbəkistanda, habelə Qazaxıstanda, Tacikistanda və Qırğızıstanda dövlət səviy-
yəsində, Tatarıstanda, Başqırdıstanda və Rusiya Federasiyasının digər muxtar dövlət
qurumlarında yerli səviyyədə bayram edilir.
31
Bakı hadisələri
– 1918-ci ilin mart ayında Bakı və onun ətraf kəndlərində
baş vermiş kütləvi talanlar nəzərdə tutulur. Bolşevik-erməni birləşmələri və qismən
Bakının erməni əhalisi tərəfindən 3 gün ərzində (30 mart axşamından 2 aprelədək)
törədilmiş azərbaycanlı qırğınları nəticəsində 12 mindən çox dinc əhali - əsasən
azərbaycanlılar – həlak olmuşdur. Müsəlman məhəllələrində on minlərlə ev,
müsəlmanlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların
sosial-mədəni və mənəvi-dini mərkəzlərini təcəssüm edən bir çox binalar yandırılmış
və talan edilmişdir. Şəhərin müsəlman əhalisinə vurulan maddi zərər bir neçə yüz
milyon rubl təşkil etmişdir.
32
1905-ci il
– 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman
(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz ərazisini
əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı toqquşmalar nəzərdə
tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrəvan quberniyalarında 158
azərbaycanlı və 128 erməni kəndi dağıdılmış, müxtəlif hesablamalara görə Bakı,
Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında
3 mindən 10 minədək insan, o cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.
33
Manuylov Matvey Aleksandroviç
– (? - ?), Quba şöbəsi barışdırıcı haki-
min köməkçisi, Şabran istintaq bölməsinin rəisi. 1918-ci ilin aprelində D.Gelovaninin
dəstəsi ilə danışıqlar aparmaq üçün Quba ictimaiyyəti tərəfindən göndərilmiş
nümayəndə heyətinin tərkibində olmuşdur. Gelovaninin dəstələri Quba şəhərindən
geri çəkilərkən şəhəri tərk etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il
tarixli qərarına əsasən 1918-ci ilin 1 iyul tarixindən vəzifəsindən və xidmətdən azad
edilmişdir. Sonrakı taleyi məlum deyildir.
34
Bağırov Mir Cəfər Abbas oğlu
– (1895-1956), nəzərdə tutulur.
Azərbaycanın tanınmış dövlət xadimi, Azərbaycanın və Azərbaycan SSR-in xüsusi
xidmət orqanlarının rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1-ci katibi (1933-1953), Sov. İKP MK Rəyasət heyətinə üzvlüyə namizəd (1953). Quba
şəhərində kəndli ailəsində doğulmuşdur. Kənd məktəbində müəllim işləmişdir. Onun
tərcümeyi-halında 1917-1918-ci illər haqqında məlumatlar ziddiyyətlidir, öz dediyinə
görə, 1917-ci ildə ÜKP (b) sıralarına daxil olmuş və Quba İnqilab Komitəsi sədrinin
müavini olmuşdur. Hərçənd məlumdur ki, bu vaxt o, Quba şəhərinin ikinci (yəhudi)
Qeydlər




