Background Image
Previous Page  113 / 324 Next Page
Information
Show Menu
Previous Page 113 / 324 Next Page
Page Background

109

erməni sakinlərinin yüksək vətəndaşlıq borcu, ədalət və minnətdarlıq hissinin

ifadə edilməsi ilə məhdudlaşmırdı. Hərçənd, həmin dövrün sərt qanunları

nəzərə alınarsa, bu, özlüyündə kifayət qədər cəsarətli və təqdirəlayiq addım

idi. Bu sənəd, həmçinin, Quba qəzasında 1918-ci ilin hətta ən ağır və qanlı

hadisələri zamanı, Azərbaycan xadimlərinin erməni hərbi birləşmələri ilə

qəzanın yerli erməni əhalisi arasında fərq qoyduqlarının ən parlaq nümunəsi

idi. Sənəd bir daha təsdiq edirdi ki, dinc müsəlman əhalisini kütləvi şəkildə

məhv edən erməni quldurlarına qarşı əllərində silah, fədakarcasına vuruşan

müsəlman liderləri eyni zamanda qəzanın erməni sakinlərinə nəinki

toxunmamış, hətta onları bəzi soydaş-larının qisasından müdafiə etmiş və

qorumuşlar.

Burada kiçik bir haşiyə çıxaraq qeyd edilməlidir ki, Sovet hakimiyyəti

tərəfindən yalnız Quba qəzasının deyil, öz dövründə Azərbaycanın tanınmış

siyasi və ictimai xadimləri olan Əli bəy Zizikski və Həmdulla Əfəndi

Əfəndizadə məhv edilməmişlər. Bir neçə ildən sonra Quba ictimaiyyətinin

bir çox nümayəndələri, istər AXC, istərsə də Sovet hakimiyyəti illərində

əhali arasında böyük nüfuz sahibi olan insanlar artıq Stalin repressiyalarının

qurbanı olurlar. Sovet hakimiyyətinin nəzərində bu insanların ən başlıca

“təqsiri” onların öz xalqına namusla xidmət etməsindən, lakin əvvəlki – çar

və “Musavat” rejimlərində xidmət etməsindən ibarət idi. Repressiyaya məruz

qalanlar arasında çoxlu sayda 1918-ci il Quba faciələrini yaşamış, eləcə də

bolşevik-erməni birləşmələrinə qarşı vuruşlarda fəal iştirak etmiş adamlar

var idi. Az.DİXK tərəfindən həbs olunanlardan iki nəfəri isə 1918-ci ildə AXC

Fövqəladə Təhqiqat Komissiyasının işində bilavasitə iştirak edərək Komis-

siyaya ifadə vermiş və istintaqa kömək etmişdi.

Əli Abbas bəy Əlibəyov, Qubanın 67 yaşlı keçmiş şəhər rəisi, Az.DİXK

Quba Rayon şöbəsi tərəfindən 1937-ci il avqustun 6-da həbs edilir. 1920-ci

illər Əli Abbas bəy üçün çox gərgin və həyəcanla dolu keçir. 1920-ci aprel ayı-

nın 20-si, Azərbaycan sovetləşənədək şəhər rəisi vəzifəsində qalan Əli Abbas

bəy, narahat 1918-ci illərdə olduğu kimi, yenə də şəhəri tərk etmir, Qubaya

daxil olan Sovet qoşunu qarşısında qorxuya düşən xalqı qaçıb dağılışmağa

qoymur və vaxtilə Amazaspla təhlükəli danışıqlar apardığı kimi, yenə də özü

bolşeviklərin qarşısına çıxır. Yaranmış vəziyyətdən çox tez baş açan Əlibəyov

Azərbaycan ordusunun şəhərdə olan azsaylı zabitlərini yaxşı silahlanmış

qırmızı ordunun böyük dəstələrinə topla atəş açmaqdan çəkindirir və bu-

nunla da mütləq insan tələfatına gətirib çıxaracaq silahlı toqquşmaların

qarşısını alır.

Bununla belə, kifayət qədər tanınmış şəxs olan Əli Abbas bəy yeni

hakimiyyət tərəfindən dərhal həbs olunur, lakin bir müddət sonra azad edilir

və bu zaman onun demək olar ki, bütün əmlakı, o cümlədən, 2 mərtəbəli

evi, dükanları və s. müsadirə olunur. 1929-cu ildə o, “keçmiş qolçomaq”

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi