Background Image
Previous Page  167 / 324 Next Page
Information
Show Menu
Previous Page 167 / 324 Next Page
Page Background

163

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

Oxundu. İmza. Məşədi Hüseyn Qulu Sultanov.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 27

Sənəd № 54

Dindirmə protokolu

1918-ci il. 13 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Sultan Əsgərov, 42 yaşlı, Quba şəhəri sakini, savadlı.

Mən bu il mart ayının 18-də və 19-da ermənilərin müsəlmanlara

hücum etdiyi və qətlə yetirdiyi Bakı hadisələrini

31

yaşamışam. Mart

ayının sonunda Quba şəhərinə qayıtdım. Mənim geri döndüyüm

vaxtdan təxminən bir ay sonra ermənilərin Qubaya gələcəyi barədə

söhbət getməyə başladı. Mən buna əhəmiyyət vermədim, çünki bu-

nun baş verəcəyinə inanmırdım. Bir gün səhər qəfildən şəhərin ətra-

fında atışma səsləri eşitdik. Məlum oldu ki, ermənilər şəhərə hücum

etmişdir. Ailəmlə birlikdə tələsik yığışaraq Nügədi kəndinə, sonra isə

meşəyə qaçdıq. Ev və bütün daşınan əmlak özbaşına qaldı. Mən özü-

mü o qədər itirmişdim ki, hətta odadavamlı şkafdan pul və qiymətli

əşyalarımızı götürməyi unutmuşdum. Bizimlə birgə digər qubalılar da

arvadları və uşaqları ilə qaçmışdılar. Biz meşədə vəhşi kimi, damsız,

qidasız və yataqsız yaşayırdıq. Soyuqla, aclıqla və bir çox məhru-

miyyətlərlə üzləşdik. Ucdantutma hamımız xəstələndik. Çoxları qor-

xudan xəstələndi və indiyədək, məsələn, mənim qızım kimi, qorxudan

xəstə yatır. Mənim özümdə ürək döyüntüsü yaranıb və yaşadığımız

fiziki və mənəvi sarsıntılardan indiyədək özümə gələ bilmirəm. Mən, biz

qubalıların çəkdiyi bütün o əzab və mənəvi sarsıntıları sözlə çatdırmaq

iqtidarında deyiləm. Biz meşədə 11 gün dolaşdıq, sonra, ermənilərin

çıxıb getməsi haqqında məlumat alan kimi şəhərə qayıtdıq. Mən öz evi-

mi talan edilmiş vəziyyətdə gördüm: evin pəncərə və qapıları, şkafların

qapıları sındırılmış, sandıqlar açılmış, odadavamlı seyf isə qırılmışdı.

Bütün daşınan əmlak, o cümlədən odadavamlı şkafdan 8 min rubl nağd

pul, arasında 18 min manat dəyərində kulon olan zinət əşyalarımız

qarət edilmişdi. Mən imkanlı və təmin olunmuş adamdan dilənçiyə