Background Image
Previous Page  22 / 324 Next Page
Information
Show Menu
Previous Page 22 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

18

yaxınlaşdılar. Bakının təslim olmaqdan imtina etməsinə cavab olaraq şəhər

dəniz donanması tərəfindən atəşə tutuldu və yalnız bundan sonra Bakı ha-

kimi Hüseynqulu xan şəhəri təslim etməyə razılıq verdi. 1806-cı il fevralın

8-də Hüseynqulu xan Bakı qapılarının önündə general Sisianovla görüşərkən

xanın qohumlarından biri generalı öldürdü.

Komandansız qalan rus ordusu Sara adasına tərəf geri çəkildi. Sisia-

novun ölümü haqqında xəbər tutan İran qoşunları növbəti dəfə Qarabağa

soxuldular və Şuşanı mühasirəyə aldılar. İbrahim Xəlil xan ailəsi ilə birlikdə

Xankəndi şəhərinə köçdü. Ruslar bu köçə şübhə ilə yanaşdılar və mayor

Lisaneviçin başçılıq etdiyi rus əsgərlərindən ibarət dəstə, xanın düşərgəsinə

hücum edərək, İbrahim Xəlil xanı və onun bütün ailəsini öldürdü. Bu hadisə

Şəki şəhərində ruslara qarşı üsyanın başlanmasına səbəb oldu və nəticədə

Şəki xanı rus qoşunlarını öz torpaqlarından qovub çıxardı. Rus ordusu isə

öz növbəsində Şuşadakı qarnizonunun köməyinə çataraq, Qarabağı İran

qoşunlarından azad etdi.

Şahın məğlubiyyəti Bakı və Quba xanlıqlarının taleyini həll etdi. Rus

qoşunları Azərbaycan xanlıqları üzərinə hərbi əməliyyatlar apardığı za-

man Şeyxəli xan da öz mövqeyini dəyişərək onun düşmənləri – İranın və

Türkiyənin xeyrinə Rusiya ilə qarşıdurma yolunu seçdi. Onun bu addımı

qarşısında Rus komandanlığı Şeyxəli xanın müstəqilliyinə son qoymağı

qərara aldı. 1806-cı ilin sentyabrında Bulqakovun komandanlığı altında

rus qoşunları Quba üzərinə hərəkət etdilər və onlara müqavimət göstərən

Azərbaycan qoşunlarını oktyabrın əvvəlində darmadağın edərək şəhəri tut-

dular. Lakin Qubanın alınması bu əyalətin heç də ruslara tamamilə məğlub

olması demək deyildi. Belə ki, Şeyxəli xanın başçılığı altında qubalıların dağlı

xalqlarla birlikdə rus istilasına qarşı ittifaqda təqribən 5 illik fədakarcasına

müqavimət hərəkatı başlandı. Rus qoşunlarının böyük hissəsinin Quba

xanlığını tərk edərək İran və Türkiyə ilə müharibəyə getməsindən istifadə

edən Şeyxəli xan öz müttəfiqi Surxay xan Qazıqumuqlu ilə birlikdə 1807-

1808-ci illərdə demək olar ki, bütün xanlıqda öz hakimiyyətini bərpa edə bil-

di. 1809-cu ilin yanvarında o, Qubanı ələ keçirməyə çalışsa da məğlubiyyətə

uğradı. (39)

Qafqazdakı Rus komandanlığının yüksək rütbəli hərbçilərinin 1806-

1811-ci illərdə Qubada olan vəziyyətlə bağlı yazışmaları Qubalı Şeyxəli

xan onlar üçün nə qədər ciddi rəqib olduğunu göstərir. Hərçənd, bu

yazışmalarda Şeyxəli xan əvvəllər “yelbeyin” kimi qınanırdı. Bunun səbəbi

yəqin ki, Şeyxəli xanın “tam səmimiyyətlə tövbə edəcəyi, quldurluq həyatına

son qoyacağı və Quba və Dərbənd əyalətlərində narahatçılıq yaratmayacağı

təqdirdə İmperator Həzrətləri tərəfindən mərhəmətlə əfv ediləcəyi və ona

Böyük İmperatorun torpaqlarında layiqli təminat və sığınacaq veriləcəyi”

barədə ona edilən vədlərə məhəl qoymaması idi. (40) Lakin, polkovnik Ad-