Background Image
Previous Page  23 / 324 Next Page
Information
Show Menu
Previous Page 23 / 324 Next Page
Page Background

19

rianovun piyada qoşunları generalı Bulqakova 15 avqust 1810-cu il tarixli

raportundan məlum olurdu ki, nəinki Şeyxəli xan, heç qubalılar özləri də

Quba xanlığının keçmiş torpaqlarını “Böyük İmperatorun torpaqları” hesab

etmirdilər: “Quba əyaləti üsyan qaldırıb, Şeyxəli xanı Tabasarandan çağırıb, o

da tabasaranlılarla birlikdə gəlib; Quba qapanıb, çünki yollar həm o tərəfdən,

həm də bu tərəfdən kəsilibdir...». (41)

Beləliklə, 1810-cu ilin avqust ayında xalqın müstəqilliyə və azadlığa can

atmasının sübutu kimi, yalnız bu əyalətin deyil, həm də bütün Azərbaycanın

tarixinə daha bir parlaq səhifə yazmış (1804-cü il Gəncə döyüşlərindən son-

ra) məşhur Quba üsyanı başlandı.

Rus generallarının 1810-cu il avqust-noyabr aylarında bir-birinə

göndərdiyi məxfi sərəncamlar adətən “kədərli” xəbərlərlə başlayırdı: “Mən

indi Bakı komendantı general Repindən həyəcanlı xəbər aldım ki, Qubanın

demək olar ki, bütün bəyləri və xalqı, xəyanət edərək, Şeyxəliyə satılıblar,

yalnız Quba qalasının qalan sakinlər qaladakı iki batalyonla müdafiə olunur-

lar, lakin onların da Şeyxəlinin dəstəsi və üsyançılar tərəfindən hər hansı bir

rabitə əlaqələri kəsilmişdir”; (42)

“4 ildən artıq müddət ərzində Quba əyalətində hədsiz narahatçılıqlar,

soyğunçuluq və qətllər yaradan Şeyxəli bu il hətta ona müvəffəq olub ki,

Dağıstanınmüxtəlif xalqlarından topladığı quldur dəstəsi iləQuba sərhədində

peyda olaraq, Rusiyaya sədaqətini tamamilə unutmuş Quba xalqının demək

olar ki, hamısını qiyama sövq etmişdir”; (43)

“Mən təqdim edilən 1039 və 1040 №-li raportları müxtəsər kədərlə

aldım; Quba xalqının hiddətlənmiş Quba bəyləri tərəfindən sövq edilmiş

ümumi qiyamını və xəyanətini görərək, belə güman edirəm ki, burada xalqın

yelbeyinliyindən savayı digər əlavə təhrikçi səbəblər də olmuşdur ki, bunlar

da sonradan aydın olacaqdır” – deyə general Tormasov 22 avqust 1810-cu

il tarixdə plato-general Repinə yazırdı və bu zaman öz heyrətini gizlətmirdi:

“məni ən çox sarsıdan sizin baş rəisinizə tabe edilmiş qoşunların anlaşılmaz

məyusluğudur. Mən başa düşə bilmirəm, niyə bütöv 2 alay Quba qalasında

qapanıbdır və tamamilə hərəkətsiz qalır, halbuki mən göstəriş vermişdim ki,

qala üçün lazımi qarnizon saxlayaraq, dəstə yaratmaq və yelbeyin Şeyxəliyə

qarşı hücuma keçmək lazım idi”. (44)

Rus qoşunlarının məyus olması heç də səbəbsiz deyildi. Belə ki, nəinki

“qiyamçıların”, hətta rusların Azərbaycan bəylərindən olan “sınanmış və

sadiq müttəfiqlərin”in davranışı da buna əsas verirdi. Məsələn, öz dəstəsi

ilə Xıdırzində postundan hərəkət edən mayor Levitskinin raportunda deyi-

lirdi: “Ayın 13-ü səhər 2000-ə yaxın piyada və süvarilərdən ibarət düşmən

göründü və mənim öz dəstəmlə yanından keçməli olduğum yüksəklikləri ələ

keçirdi. Onu həmin yüksəkliklərdən vurub saldırmaq mümkün olmadıqda,

mənim yanımda olan bakılılar bəyan etdilər ki, dağların sağ tərəfində yol

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi