Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
20
var. Həmin yolla gedərkən mənə süvarilər tərəfindən sağdan güclü hücum
edildi. Mən yüzbaşı Lyapinə, onları cəbhəyə yaxın buraxmadan atışmağı əmr
etdim; ona piyada atıcılardan ibarət yardım verdim, bakılı Manaf bəyə əmr
etdim ki, Əsgər Əli bəyi atışmaya göndərsin və özü də ona yardım etsin.
Əsgər Əli bəy 74 nəfərdən ibarət bütün Bakı süvari dəstəsi ilə düşmənin
üzərinə atıldı və bu zaman mən təəccüblə gördüm ki, Manaf bəy, yanımdakı
Mirzə və 3 bakılı da daxil olmaqla, onlar hamisi Şeyxəliyə tərəf keçdilər; və
sonra düşmənlərə qarışaraq dəstəmizi atəşə tutmaqda davam etdilər... mən
dəstəm ilə aşıb keçilməsi mümkün olmayan xəndəyə gəlib çatdım, düşmən
isə, körpüləri götürərək, keçidin yanında dayanmışdı və irəlidə 2000-ə yaxın
əlavə süvari və 1000 nəfərədək piyada görünürdü, – buna görə də mən 120
nəfər piyada əsgər, 40 nəfər kazak və 1 topla buradan keçməyin mümkün
olmayacağını anladım. Bir də Qubada da hamı qiyam qaldırıb və “yaşasın
xan” – deyə qışqırırdı”. (45)
“Qubalıları ram etmək üçün digər üsullar tapmadıqda”, general L.Repin
general Tormasovdan “təcili olaraq 2 batalyon qoşun və kazak polkunun
yarısının göndərilməsini” xahiş edir və buna general Tormasov belə cavab
verir: “...bu ərazilərdə indi mövcud olan şərait sizə belə əhəmiyyətli gücün
ayrılmasına heç cür imkan vermir. Belə ki, buradakı qoşunların ən mühüm
hissəsi indi İmeretiyada üsyana qalxmış imeretiyalılara və onlara yardım
edən türklərə qarşı gərgin mübarizə aparır; digəri Kartlidə İran qoşunlarının
yardıma gəldiyi Axalsixlı Şərif paşaya qarşı vuruşur, ...üçüncü hissəsi
İran vəliəhdi Abbas Mirzə və onun qardaşı Əli şaha qarşı Pambəkdədir;
dördüncüsü – 2 alaydan bir az olan qoşunlar Şəki, Yelizavetpol və Şəmşədil
əyalətlərini müdafiə edir; beşincisi isə, 4 alaydan ibarət olmaqla, mənim
komandanlığım altında mərkəzi mövqeləri tutmaqla, bir tərəfdən Tiflis
istiqamətini, digər tərəfdən Qazax istiqamətini mühafizə edir və Kartaliyada
yerləşdirilmiş qoşunları dəstəkləyir...”. (46)
General Tormasovun bu ətraflı məktubundan açıq-aydın görünürdü
ki, rus qoşunlarına “yerli əyalətlərin” “narazı” və “qiyam qaldırmış” əhalisinin
müqavimətini yalnız Quba istiqamətində dəf etmək lazım gəlmirdi. Təsadüfi
deyil ki, təkcə rus alayları komandanlarına deyil, süvari və piyada dəstələri
“Quba əyalətində nizamın bərpa edilməsində” iştirak etməli olan Azərbaycan
xanlarına və bəylərinə də ciddi göstərişlər göndərilirdi: “Şeyxəli xanın özü tu-
tulsun və ya hər hansı vasitə ilə öldürülsün, elan edilsin ki, bunu icra edən
hər kəs çox yaxşı mükafatlandırılacaqdır və mən buna öz sözümlə təminat
verirəm”. Bununla yanaşı, general Tormasov hər məktubunda tabeçiliyində
olanlara “sadiq qalan və itaətkar” Quba sakinlərinə qarşı “zor tətbiq
etməyi” qadağan edir, həmçinin Şeyxəli xandan əl çəkərək, tövbə edən
və əfv olunmasını xahiş edəcək qiyamçıların kəndlərinə aman verilməsini
tapşırmışdı: “...çünki viran qoyulmuş torpaqlar İmperator Həzrətlərinə heç bir




